Çingiz Aytmatov Bakıda yad olunub

Tarix:16-05-2018, 13:32 Baxış Sayı:48

Çingiz Aytmatov Bakıda yad olunub
Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatov Bakıda yad olunub

Mayın 15-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Bakı ofisində türk dünyasının böyük yazıçısı, görkəmli ictimai-siyasi xadim Çingiz Aytmatovun 90 illiyinə həsr edilmiş tədbir keçirilib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Milli Məclisin deputatı, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, Xalq Şairi Sabir Rüstəmxanlı və digərləri çıxış edərək yazıçının həyat və yaradıcılığından, zəngin ədəbi irsindən, türk dünyası ədəbiyyatı tarixinə bəxş etdiyi töhfələrdən söz açıblar.

Görkəmli yazıçının ailəsi adından oğlu Askar Aytmatov çıxış edərək atasının xatirəsinə göstərilən ehtiramdan məmnunluğunu ifadə edib, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonda TÜRKPA adından Azərbaycan Prezidentinə müraciət qəbul edilib.


Çingiz Aytmatov Bakıda yad olunub
Çingiz Aytmatov Bakıda yad olunubБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ