Manera.az saytının 3 yaşı tamam olur...

Tarix:17-04-2018, 23:37 Baxış Sayı:713

Manera.az saytının 3 yaşı tamam olur...
"MANERA" - MAN və ERA, yəni insan və dövr
("ZAMANIN İNSANI" )

Bu gün 18 Aprel 2015-ci ildə yaranıb, "Fərdin Fərddən Fərqi Fərdilikdir" devizi ilə fasiləsiz fəaliyyət göstərən, hər gün mədəniyyət və ədəbiyyat sahəsində baş verən yenilikləri, ədəbi nümunələri ilə oxucularının görüşünə gələn Manera.az saytının 3 yaşı tamam olur.

Manera- tərz, üsul, özünəməxsusluq deməkdir. Saytın fəaliyyəti dövründə özünəməxsusluğu qoruyub saxlamaq qarşıya qoyulan məqsədlərdən biridir.

Saytda klassik ədəbiyyatdan ta ki çağdaş nümunələrə qədər, tarixi köklərimiz, qaynaqlarımız, milli, dini dəyərlərimiz, adət-ənənə və etnik münasibətlərimiz və s. mətləblər barədə müntəzəm olaraq məlumatlar verilir.

Bu gün də əzmlə çalışan saytın əməkdaşları məqsədlərinə çatmaq üçün fədakarlıq nümayiş etdirirlər...

Bəli, "Manera" sizlərin, sözə qiymət verənlərin, sözdə dəyər axtaranların, sözünə dəyər tələb edənlərin, sözünə-özünə meydan axtaranların, meydanda özünü-sözünü axtaranların meydanıdır. Özünüzü bu meydanda görmək istəyirsinizsə bizə yazın: E-mail: Manera.az@inbox.ru



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ