manera.az
manera.az

Ən yaxşı Amerika filminin adını açıqlandı

Ən yaxşı Amerika filminin adını açıqlandı

“Bi-bi-si” tarixdə ən yaxşı 100 Amerika filminin reytinqini hazırlamaq üçün dünyanın 62 məşhur tənqidçisi arasında sorğu keçirib. Birinci yeri Orson Uelsin 1941-ci ildə ekranlara çıxmış “Vətəndaş Keyn” dramı tutub. İkinci yeri Frensis Ford Koppolanın “Xaç atası”, üçüncü yeri Alfred Hiçkokun “Başgicəllənmə” filmi tutub. İlk beşliyə, həmçinin Stenli Kubrikin “2001: Kosmik Odissey” və Con Fordun “Axtaranlar” filmi daxildir.

A.Hiçkok və S.Kubrikdən başqa bu siyahıya bir neçə rejissor da beş filmi ilə birdən düşə bilib. Bunlar Stiven Spilberq və Fridrix Vilhelm Murnaudur. Sorğuda ən yaxşı səssiz ekran əsəri altıncı yeri tutmuş “Günəşin doğması”, bu siyahı üçün sonuncu seçilən film isə 99-cu yerdə qərarlaşmış Stiv Makkuinin “12 il köləlikdə” filmidir.

Sorğunun təşkilatçıları amerikalıların iştirakı ilə (hətta bu iştirak maliyyə yatırımı ilə məhdudlaşsa belə) çəkilmiş bütün ekran əsərlərinin Amerika filmləri hesab olunmasını təklif ediblər. Sorğu iştirakçılarının qarşısında rejissorun doğulduğu ölkə ilə bağlı məhdudiyyət qoyulmayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031