“Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” layihəsindən növbəti addım

Tarix:23-07-2015, 12:59 Baxış Sayı:881

“Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə”  layihəsindən növbəti addım

“Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Xəzər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Gazelli Group, Bakı Biznes Mərkəzi və İqtisadçı Tələbələrə Dəstək ictimai birliyinin tərəfdaşlığı ilə keçirilmişdir. Layihənin yaradıcı qrupu Turanə Zamanova, Tura Əlisafazadə, Orxan Zamanov, İsmayıl Həmzəyev, İradə İsmayılzadə, Şahin Səlimbəyov və onların ətrafına toplaşan bir qrup gənc könüllülər layihənin ilk işlərinə tərəfdaşların dəstəyi ilə fevral ayının sonundan başlamışlar.

Rəsmi şəkildə mart ayının 15-dən başlayan “Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” layihəsi yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi şəklində həyata keçirilərək, milli maddi – memarlıq irsimizin təbliğini və kütləviləşməsini özünə məqsəd seçmişdir. Bu layihə yaradıcı gənclərin öz bacarıqlarını milli irsimizi nümayiş etdirməklə sərgiləməsi və istedadlı gənclərin ictimaiyyət tərəfindən tanınması baxımından əlamətdar bir tədbir kimi yadda qalmışdır.
“Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə”  layihəsindən növbəti addım
Hal-hazırda layihə üzvləri qarşılarına yeni hədəflər qoymuşlar, ilk oncə layihənin jurnal-kataloqunun dərc olunmasını planlaşdıraraq bu işdə yeni tərəfdaşların cəlb edilməsinin vacibliyini vurğulamışlar. Qeyd etmək istərdik ki, jurnal-kataloq ümumi layihə haqqında məlumatdan başqa həmçinin qalib onluğun rəsmlərinin dərcini özündə əks etdirəcəkdir. Daha sonra layihə üzvləri layihənin davamı olaraq xeyriyə məqsədli tədbir keçirməyi düşünürlər.
Rəsm müsabiqəsinin qaliblərini təbrik edirik və layihə üzvlərinə işlərində uğurlar arzulayırıq, ən əsası isə bu cür layihələrə tərəfdaşlıq edənlərə öz minnətdarlığımızı bildiririk.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ