Yılmaz Okukludan Afrin Festivalı... |MANERA.AZ

Tarix:25-03-2018, 16:48 Baxış Sayı:733

Yılmaz Okukludan Afrin Festivalı... |MANERA.AZ
Bakıda Afrin Zəfəri Festivalı olacaq

Tanınmış iş adamı, “Okuklu Holdinq”in rəhbəri Yılmaz Okuklunun təşəbbüsü ilə Bakıda Afrin zəfərinə həsr olunan festival keçiriləcək. Festivalda Azərbaycanın və Türkiyənin görkəmli dövlət rəsmilərinin, səfirlik nümayəndələrinin, millət vəkillərinin, media nümayəndələrinin və ictimaiyyətin tanınmış simalarının iştirakı gözlənilir.

Belə ki, qardaş Türkiyədən festivala gələn qonaqlar arasında Uşak millət vəkili Mehmet Altay, Kilis millət vəkili Reşit Polat, “ALT Yapım” rəhbəri Sacit Altun və başqalarının iştirak edəcəyi bidirilir.

Festival 28 mart saat 11-00-dan Ziya Bünyadov prospektində yerləşən “Hanlı Pazar” Ticarət Mərkəzində keçiriləcək.

Qeyd edək ki, festivalda vətənpərvərlik ruhunda mahnılar, rəqslər, Türkiyənin qədim adət-ənənələrini əks etdirən mədəniyyət nümunələri nümayiş olunacaq.

Yılmaz Okuklu festivalla bağlı MANERA.AZ-a danışıb:

"Şanlı Türk ordusunun qazandığı bu qələbə hər bir türk övladının qələbəsidir. “Türkiyə Prezidenti, hörmətli dövlət başçımız Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyəmizin terror mübarizəsində zəfər qazanması Türkiyə dövlətinin təhlükəsizliyinə xidmət edir. Bildiyiniz kimi, Türkiyə ordusu Suriyanın Afrin bölgəsində terrorçulara layiqli cavabı vermiş və Afrin zəfərinə imza atmışdır. Bir iş adamı olaraq bu tarixi zəfəri qeyd etməyi özümə borc bildim. Biz hər zaman əsgərimizin yanında olmalı, onlara maddi və mənəvi dəstək göstərməliyik. “Bir millət, iki dövlət” şüarına sadiq olaraq acımızı bölüşdüyümüz kimi, sevincimizi, qələbəmizi də bərabər bölüşməliyik. Bu gün qeyd etdiyimiz Afrin zəfərinin ardından Qarabağ zəfərini də qeyd etməyi arzu edirəm. Bütün vətənpərvər insanları belə tədbirlərdə fəal iştirak etməyə çağırıram. “Okuklu Holdinq” bundan sonra da vətənpərvərlik ruhunda olan bir çox tədbirlərə imza atacaq”


Yılmaz Okukludan Afrin Festivalı... |MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ