Baş nazir azərbaycanlı şəhid uşaqları ilə görüşdü

Tarix:19-03-2018, 20:40 Baxış Sayı:107

Baş nazir azərbaycanlı şəhid uşaqları ilə görüşdü

Türkiyənin Baş naziri azərbaycanlı şəhid uşaqları ilə görüşüb.

Manera.az-ın məlumatına görə, Türkiyənin Baş naziri Binəli Yıldırım “Türkiyə və Azərbaycanın şəhid övladları qucaqlaşır” sosial proqramı çərçivəsində azərbaycanlı şəhid uşaqları ilə görüşüb.

B.Yıldırımın azərbaycanlı şəhid övladları ilə görüşü bu gün "Çankaya köşkü"ndə baş tutub.

B.Yıldırım belə tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışıb:

"Şəhidlərin əmanətlərinə gözümüz kimi baxmaq mükələfiyyətimiz var. Həm Türkiyədəki, həm də Azərbaycandakı şəhit yaxınları daha çox görüşməlidir. Bunun üçün əlimizdən nə gəlirsə edəcəyik".

Baş nazir sözlərinə əlavə edib ki, Türkiyə Dağlıq Qarabağ probleminin həll olması üçün dəstək verməyə davam edəcək:

"Ermənistan işğalının sona çatdırılması, Azərbaycan torpaqlarının azad edilməsi, qaçqın vəməcburi köçkünlərin doğma yurdlarına qayıtması haqq-ədalətin təcəlləsi üçün vacibdir. 25 ildir davam edən işğal qəbuledilməzdir".

Elman,
Manera.az

Baş nazir azərbaycanlı şəhid uşaqları ilə görüşdü
Baş nazir azərbaycanlı şəhid uşaqları ilə görüşdü
Baş nazir azərbaycanlı şəhid uşaqları ilə görüşdü
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ