Bakıda “Moldova Ədəbiyyatı Günləri” başlayır...

Tarix:23-02-2018, 15:48 Baxış Sayı:340

Bakıda “Moldova Ədəbiyyatı Günləri” başlayır...
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə bu ilin 1-3 mart tarixləri arasında Bakıda “Moldova Ədəbiyyatı Günləri” keçiriləcək. Bu çərçivədə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəvəti ilə Arkadi Suçevyanu, Vüqar Novruzov, İqor Volnitski, Leo Butnaru, Nikolae Spetaru kimi Moldovanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərindən ibarət nümayəndə heyəti ilə görüşlər keçiriləcək.

Manera.az xəbər veri ki, Moldova ədəbiyyatı ilə bağlı, Kişineuda Azərbaycan ədəbiyyatı ilə bağlı çap edilən nəşrlər təqdim olunacaq. Tədbirlərin sırasında Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisi Moldova ədəbiyyatı “xüsusi sayı”, Arkadie Suçevianunun “Qağayı ilə göndərilən məktub” şeir toplusu və İqor Volnitskinin ”Mənə ölməyi öyrət” kitabının müzakirə və təqdimatları, Moldova poeziya gecəsi və bir sıra maraqlı görüş və tədbirlər planlaşdırılır.

“Moldova Ədəbiyyatı Günləri”nə informasiya dəstiyini ARB və ARB-Günəş kanallrı, “Ədəbiyyat qəzeti”, “ayb.az” və “artkaspi.az” saytları, “manera.az” portalı da vardır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ