Nobel mükafatına qadın namizədlərin sayı artırılacaq

Tarix:16-02-2018, 13:30 Baxış Sayı:155

Nobel mükafatına qadın namizədlərin sayı artırılacaq
Mükafatı alan 892 nəfərdən yalnız 48-i xanımdır

Nobel Fondu mükafatın laureatları arasında qadınların sayının artırılması barədə təklifləri nəzərdən keçirir.

Fond Stokholmda keçirilən görüşdə Nobel mükafatına irəli sürülən namizədlər arasında qadınların sayının artırılması üzrə təkliflərin ciddi nəzərdən keçirildiyini elan edib.

Statistikaya görə, Nobel mükafatının təqdim edildiyi bütün dövr ərzində 892 nəfər laureat olub. Ancaq mükafata layiq görülənlərin yalnız 48-i qadındır ki, bu da ümumi sayın 5,4 faizi deməkdir.

Nobel Fondunun İdarə Heyətinin sədri Karl-Henrik Heldin jurnalistlərə bildirib ki, mükafata namizəd irəli sürülməsi sisteminin təkmilləşdirilməsinin bir neçə variantı nəzərdən keçirilir. Ancaq həmin məsələ ilə bağlı qəti qərar qəbul edilməyib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ