AYB sədri müşaviri mükafatlandırdı |MANERA.AZ

Tarix:14-02-2018, 22:49 Baxış Sayı:77

AYB sədri  müşaviri mükafatlandırdı |MANERA.AZ
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə Beynəlxalq mükafatına layiq görülüb.

İrfan Çiftçiyə bu mükafatı "Azərbaycan-Türkiyə ədəbi əlaqələri" layihəsi çərçivəsində keçirilən tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar təqdim edib.

Anar onun iki ölkənin mədəni-ədəbi əlaqələrinin inkişafında göstərdiyi səyləri xüsusi vurğulayaraq bildirib ki, müşavir vəzifəyə təyin edildiyi bir il müddətində İ.Çiftçinin keçirdiyi müxtəlif layihələr, tədbirlər qardaş ölkələr arasında ədəbi əlaqələri daha da möhkəmləndirib. Bu zaman müddətində azərbaycanlı yazarların Türkiyədə, türkiyəli yazarların isə Azərbaycanda kitabları nəşr olunub, görüşlər təşkil edilib, poeziya və nəsr nümunələrindən ibarət antologiyalar hazırlanıb. Anar İ.Çiftçinin məhz ölkələrimiz və xalqlarımız arasında ədəbi əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrə görə Bəxtiyar Vahabzadə Beynəlxalq mükafatına layiq görüldüyünü vurğulayıb.

Bu mükafatın onun həyatında önəmli yeri olduğunu deyən İ.Çiftçi ona göstərilən bu diqqətə görə, başda AYB sədri Anar olmaqla, hər kəsə öz təşəkkürünü bildirib.

Müşavir iki qardaş ölkənin mənəvi sərvətlərinin tanıdılması yönündə bundan sonra da əzmlə çalışacağını deyib. /525-ci qəzet

Şəhanə Müşfiq
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ