Yazıçının qızı vəfat edib

Tarix:13-02-2018, 12:56 Baxış Sayı:63

Yazıçının qızı vəfat edib
Azərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Gülarə Cabbarlı vəfat edib.

Gülarə Cabbarlı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.

Gülarə Cabbarlının oğlu Bəhlul Seyfəddinoğlu məlumat verib ki, mərhum saat 14:30-da Mətbuat prospektində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn olunacaq: "Neçə vaxt idi ki, ürəyində problemlər var idi. Sırağagün 88 yaşı tamam oldu. Vəsiyyətində xalqa, övladlarına əmin-amanlıq arzu etdi. Deyirdi ki, atam qədər yaşamasınlar, atamın əsərləri qədər ömürləri olsun".

Xatırladaq ki, 1930-cu ildə anadan olan Gülarə Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.

Hazırda Cəfər Cabbarlının ev - muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir. /Rakus.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ