Səlim Babullaoğlu fəxri təmsilçi seçildi

Tarix:7-02-2018, 13:30 Baxış Sayı:434

Səlim Babullaoğlu fəxri təmsilçi seçildi
Türk Ədəbiyyatı Vəqfi mətbuat xidmətinin MANERA.AZ-a verdiyi xəbərə görə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu Türk Ədəbiyyatı Vəqfinin Azərbaycandakı fəxri təmsilçisi təyin olunub. T

ürk Ədəbiyyatı Vəqfinin başqanı Sərhəd Kabaklının imzaladığı Təmsilçilik diplomunda bu sözlər qeyd olunub: “Türk mədəniyyət, sənət və ədəbiyyat həyatının inkişafı, dərin mədəni irisn gələcəyə ötürülməsi və keçimişdə böyük xidmətlərə imza atmış dəyərli adların xatırlanaraq gələcək nəsillərə tanıdılması, qardaş ölkə ədəbiyyatları arasındakı işbilriliklərinin gücləndirilməsi ümidləriylə qurulan Türk Ədəbiyyatı Vəqfinin egidasıyla dəyərli işlərə imza atacağınıza inanır, fəaliyyətinizdə güc və uğur arzu edirik...”

Səlim Babullaoğlu bizə eksklüziv açıqlamasında bunları deyib: “Türkiyə Ədəbiyyat Vəqfi” Türkiyənin dəyərli və türkdilli arealda bilinən, görkəmli türk yazarı, jurnalisti Əhməd Kabaklı tərəfindən təsis edilmiş qurumlarındandır, “Türk Edebiyyatı” dərgisi ciddi kimi bir nəşri 50 ilə yaxın bir vaxtdır hər ay nəşr edir. Mən vəqfin rəhbəri hörmətli Sərhəd Kabaklıya, tanınmış tərcüməçi və yazar İmdat Avşar başda olmaqla namizədliyimi irəli sürmüş və dəstəkləmiş hər kəsə, idarə heyəti üzvlərinə təşəkkür edirəm. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri kimi mən onsuz da xalqların ədəbiyyatlarının yaxınlaşması və mübadiləsi işi ilə məşğul olmuşam. İndi isə fəaliyyətim yəqin ki, türk ədəbiyyatları istiqamətində daha dərin və əsaslaı xarakter alacaq...”



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ