Azərbaycanlı professora fəxri vətəndaşlıq verilib

Tarix:7-02-2018, 09:38 Baxış Sayı:71

Azərbaycanlı professora   fəxri vətəndaşlıq verilib
Böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı ilə əlaqədar Özbəkistanın Nəvai şəhərində keçirilən “Əlişir Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfransda Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgərə Nəvai şəhərinin fəxri vətəndaşı adı verilib.

Ramiz Əsgər bu ada Azərbaycan-özbək ədəbiyyatı sahəsində mühüm töhfələrinə görə layiq görülüb.

Professora diplom və döş nişanını Nəvai vilayətinin hakimi Habilcan Tursunov təqdim edib.

Xatırladaq ki, Ramiz Əsgər “XX əsr özbək şeiri antologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərlər” və “Baburnamə”, Sultan Hüseyn Bayqaranın “Divan”, Yusif Balasaqunlunun “Qutadqu bilik” və digər kitabları Azərbaycan dilinə tərcümə edib və özbək ədəbiyyatı ilə əlaqədar 100-dək məqalənin müəllifidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ