"Bakı Metropoliteni"də konsert olacaq

Tarix:5-02-2018, 11:46 Baxış Sayı:41

"Bakı Metropoliteni"də konsert olacaq
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, bu gün saat 17:00-dan 19:00-dək görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətlə "Qara Qarayev” stansiyasında ilk dəfə musiqili proqram təşkil olunacaq.

Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramını simli kvartetin ifasında dinləyə bilərlər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ