Anara həsr olunmuş “Ardı yaşanılır” sənədli filmi

Tarix:1-02-2018, 13:29 Baxış Sayı:156

Anara həsr olunmuş “Ardı yaşanılır” sənədli filmi
Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilmiş Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim olunub.

Xalq Yazıçısının 80 illik yubileyi münasibətilə hazırlanmış “Ardı yaşanılır” adlı sənədli filmin təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Filmin ssenari müəllifi Günel Anarqızıdır.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək çağdaş Azərbaycan ədəbiyyatının canlı klassiki Anarın ədəbiyyatımızın inkişafındakı müstəsna xidmətlərindən söz açıb: “Azərbaycan ədəbiyyatının “60-cılar” adlanan ədəbi nəslinə mənsub nümayəndələrindən biri də Anardır. O, ədəbiyyatımızda nasir, dramaturq, publisist, alim, ictimai xadim və eyni zamanda şair kimi tanınır. Onun təkcə əsərlərinin adları çəksək, uzun bir siyahı alınar. Onun əsərləri nəyinki Azərbaycanda, həm də xarici ölkələrdə böyük maraqla oxunur”.

Filmin ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlığını bildirən nazir görkəmli söz adamına həsr olunmuş ekran əsərinin böyük maraq doğuracağına inamını ifadə edib.

“Film yazıçı Anarla musiqişünas, akademik Zemfira Səfərovanın sevgi münasibətləri, 55 illik birgə ailə həyatı və bu gün də davam edən ömür yolundan bəhs edir. Yazıçının ailəsi ölkəmizin mədəniyyət və incəsənət tarixinə böyük töhfə verib. Onların yaradıcılıq mühiti, əsərləri, kitabları, elmi araşdırmaları bizim ədəbi mühitin formalaşmasında mühüm rol oynayıb. Yaradıcı cütlüyün qarşılıqlı hörmətə əsaslanan ailə həyatı gənc nəsil üçün örnəkdir”, - deyə Ə.Qarayev vurğulayıb.

Sonra “Ardı yaşanılır” sənədli filmi nümayiş olunub. Film tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ