Səddam Hüseynin sevgi romanı tapılıb

Tarix:25-01-2018, 12:21 Baxış Sayı:62

Səddam Hüseynin sevgi romanı tapılıb
İnternet şəbəkəsində İraqın keçmiş prezidenti Səddam Hüseyn tərəfindən yazılmış sevgi romanı tapılıb.

İngilis dilinə tərcümə olunmuş mətn Amazon internet satış portalındadır.

Kitab “Zabibə və şah” adlanır. Roman 2000-ci ildə yazılıb və 160 səhifədən barətdir. Əsərin janrını “alleqorik sevgi əhvalatı” kimi təyin ediblər. Əsərdə hadisələr bir neçə min il əvvəl baş verir.

Baş qəhrəman seçilmiş şahın Səddam Hüseynin özünü simvolizə etdiyi qeyd olunur. Süjetə görə, hər gecə şahın yanına kəndli qızı Zabibə gəlir və personajlar din, milliyətçilik və xalqın iradəsi haqda söhbət edirlər.

Əvvəlcə roman anonim çap olunub, daha sonra araşdırma aparan mütəxəssislər onun diktatorun ayağına yazıblar. Mərkəzi Kəşfiyyat İdarəsinin versiyasına görə, roman hüseynin detallı redaktəsi altında başqa yazıçılar tərəfindən yazılıb.

2016-cı ilin yayında Böyük Britaniyada İrakın keçmiş prezidenti təıərfindən yazılmış povestin çap olunacağı haqda bəyanatlar yayımlanmışdı. Kitabı “Kartdan ev” və “Taxt oyunu” əsərlərinin qarışığı kimi xarakterizə edirlər. Povestdə 1500 il əvvəl Fərat sahilində yaşayan və yadelli işğalçılarla mübarizə aparan xalqdan bəhs olunur. /kulis.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ