Şəfiqə Axundovanın xatirəsi anılıb

Tarix:23-01-2018, 10:53 Baxış Sayı:30

 Şəfiqə Axundovanın xatirəsi anılıb
Yanvarın 22-də Beynəlxalq Mətbuat Mərkəzində görkəmli bəstəkar, Xalq Artisti, “Şöhrət” ordenli Şəfiqə Axundovanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir Qafqaz Media İctimai Birliyinin (İB) təşkilatçılığı, istedadlı bəstəkar-müğənni Arif Səlimovun təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə İB-nin sədri Azadə Hüseynova görkəmli bəstəkarın həyat və yaradıcılığından söhbət açıb.

Bildirib ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.

Milli Məclisin deputatı Jalə Əliyeva bəstəkarın anası şair Nurəngiz Günlə yaradıcılıq və dostluq münasibətlərindən söhbət açıb. Onları birləşdirən tale və yaradıcılıq bağlarının ailə dostluğuna çevrildiyini, hər iki yaradıcı xanımın bir-birinin uğurlarına ürəkdən sevindiyini bildirib.

Tədbirdə bəstəkarla yaradıcılıq ünsiyyətində olan, onun mahnılarının ifaçılarından Xalq artistləri Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Əməkdar Artist Gülüstan Əliyeva Şəfiqə Axundovanın 1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi adını musiqi tariximizə yazdırdığını bildiriblər.

Bildirilib ki, görkəmli bəstəkarın yaradıcılığı hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Sonda gənclərə və qonaqlara bəstəkarın yaradıcılığına göstərdikləri ehtirama və onun xatirəsini əziz tutduqlarına görə Qafqaz Media İctimai Birliyinin “Qobustan” diplomu təqdim olunub.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ