Uşaqların psixologiyasını pozan oyuncaqlar | MANERA.AZ

Tarix:11-07-2015, 11:56 Baxış Sayı:797

Uşaqların psixologiyasını pozan oyuncaqlar | MANERA.AZ
manera.az
Dəyanət Rzayev: “Qorxulu oyuncaqlar şüuraltına həkk olunur”

Elnur Rüstəmov: “Elə oyuncaq var ki, uşaqlarda psixoloji zərbələrin yaranmasına gətirib çıxarır”



Bu gün uşaq oyuncaqlarının satıldığı mağazalarda kiçiklər üçün nəzərdə tutulan müxtəlif növ əyləncə vasitələriən rast gəlmək mümkündür. Belə oyuncuqların satışı da pis deyil. Amma məsələnin narahatverici tərəfləri də var. Söhbət bəzi növ oyuncaqların balacaların psixoloji durumuna mənfi təsirindən gedir. Belə ki, bu gün satışda kifayət qədər qorxulu oyuncaqların olduğu hər kəsə bəllidir. Məsələn, qəribə mutantları təcəssüm etdirən oyuncaqlar daha çox dəhşət saçır. Yaxud saqqalı əsgər oyuncaqlaır daha çox terrorçuları xatırladır. Psixoloqlar da bu cür oyuncaqların sonradan uşaq psixikasında mütləq mənfi fəsad verəcəyini deyirlər.

Psixoloq Dəyanət Rzayev bildirir ki, oyuncaqlar təlim vasitəsidir: "Bəzən hansısa məlumatı uşaqlara birbaşa çatdırmaq olmur. Onu oyuncaq vasitəsi ilə çatdırırıq. Oğlan uşaqlarının oyuncaqları daha çox vətənpərvər hissi formalaşdırmaq üçün istifadə olunur. Sovet dövründə iki cür oyuncaq olurdu. Amma indi müxtəlif formada oyuncaq tapmaq mümkündür. Bu da biznes şəbəkəsidir. Amma bütün hallarda oyuncaqlar valideynlər vasitəsi ilə uşağa verilir. Uşaq həmin oyuncaqlarla oynayan zaman onlarda qorxu birbaşa biruzə verməyə bilər. Amma qorxulu oyuncaqlar şüuraltına həkk olunur. Yuxularında öz təsirini göstərə bilər. Bundan başqa, qaranlıq məkanlarda uşaq həmin oyuncağın yaratdığı qorxudan təsirlənə bilər. Yaxud da cizgi filminə oxşar məqamlar yarananda uşaqda müəyyən qorxular formalaşmağa başlayır. Odur ki, burada əsas məsuliyyət oyuncaqları alan şəxsin üzərinə düşür”.

Psixoloq əlavə etdi ki, oyuncaq, hansısa cizgi filminin nəticəsində uşaqlarda istək yaradır: "İndiki cizgi filmlərində isə qorxulu personajlar çoxdur. Uşaqda həmin rola uyğun davranış modeli formalaşmağa başlayır. Düzdür, uşaq heç vaxt özünü pis personaj kimi aparmaq istəmir. Amma həmin obraz onun süuraltına həkk olunur. Lazım olmayan yerdə hansısa qorxu özünü büruzə verir. Bu məsələdə dövlət tərəfindən qadağa ola bilməz. Ancaq maarifləndirmə yolu ilə məsələni tənzimləmək daha düzgün olardı. Oyuncaqların forması əsasən vətənpərvər və qayğıkeşlik hissələrinin oyanmasına yönəlməlidir. Amma uşaqlar belə oyuncaqlardan başqa qorxulu filmlərə də baxırlar. Bunlar da uşaqda qoxunu formalaşdıran amildir. Həmçinin, müəyyən qədər aqressiya da yarada bilər. Çünki, qorxu varsa, avtomatik olaraq özünümüdafiə hissi güclənir. Bu da aqressiyaya səbəb ola bilər”.

Digər psixoloq Elnur Rüstəmov bildirir ki, Azərbaycanda uşaq oyuncaqları ilə bağlı müəyyən təyinatların olması yaxşı olardı: "Yəni, hansı uşağa hansı oyuncaq olar. Bundan başqa, oyuncaqların bir qisminin keyfiyyət məsələsi də sual altındadır. Oyuncaqlar ilkin olaraq uşaqlara nəyisə öyrətmək üçün nəzərdə tutulub. Amma elə oyuncaq var ki, uşağa heç nə öyrətmir. Yaxud da psixoloji zərbələrin yaranmasına gətirib çıxarır. Həmin zərbələr özünü bu gün göstərmir. Zaman-zaman uşağın davranışına təsir göstərir. Yeniyetməlik dönəmində təsir daha da arta bilir. Bundan başqa, valideynlər bəzən oyuncaqları cinslərə görə düzgün vermirlər. Bu da uşaqların bir fərd kimi böyümələrinə mənfi təsir göstərir. Elə oyuncaqlar var ki, uşaqlara tələb olunan yaşından tez verilir. Bu isə hətta ailədaxili münasibətlərə təsir edir. Yaxşı olardı ki, ölkəmizdə ixtisaslaşmış uşaq dükanları olsun ki, valideyn oyuncağın təyinatını bilsin. Belə olan təqdirdə, onlar zərərli oyuncaqlardan uzaq dayanacaqlar”.


Mübariz BAYRAMOVБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ