Sən çətin tapasan axtardığını... - Kamal Abdullanın doğum günüdür

Tarix:4-12-2017, 13:16 Baxış Sayı:202

Sən çətin tapasan axtardığını... - Kamal Abdullanın doğum günüdür

Bu gün Filologiya elmləri doktoru, professor,əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Azərbaycan Dillər Universitetinin rektoru, dilşünas, ədəbiyyatşünas; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü Kamal Abdullanın doğum günüdür.

Qeyd edək ki, Kamal Mehdi oğlu Abdullayev 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində təhsil alıb. 1973-1976-cı illərdə SSRİ EA Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin əyani aspirantı olub. 1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (Kitabı-Dədə Qrqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafə etmişdir. 1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

Türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar müəllifidir. Müxtəlif ölkələrin universitetlərində ( Rusiya, Türkiyə, Polşa, Fransa, Almaniya, ABŞ) “ümumi dilçilik”, “mətn sintaksisi”, “Kitabi-Dədə Qorqud” dastanlarının kulturoloji aspektlərinə həsr olunmuş mühazirələr və xüsusi kurslar aparmışdır. Elmi və publisistik məqalələri Azərbaycanda və ondan kənarda mütəmadi çap olunur.

ABŞ (Kolumbiya Universiteti, Harriman İnstitutu), Fransa (İnalko və Strasburq Universitetləri, Almaniya (Mayns Universiteti), Rusiya (Linqvistik Universitet, Pedaqoji Universitet, Dilçilik İnstitutu), Türkiyə (Uludağ Universiteti, Ege Universiteti...), Polşa (Varşava Universitei) universitetlərində mühazirələrlə çıxış etmiş, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların təşkilatçısı və iştirakçısı olmuşdur.

Bədii yaradıcılıqla məşğul olur – pyesləri, hekayələri, romanları, esseləri və şerirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur.

Kamal Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...” romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir. Onun dram əsərlərindən ibarət Azərbaycan, rus, türk dillərində bir neçə kitabı nəşr olunmuşdur: “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), “Casus” (Bakı, Mütərcim, 2004), “Ruh” (Ankara), “Все мои печали» (Ваку-Мутарджим-2009) və s. 200-dən çox məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.
Kamal Abdulla- 2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin Sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilmiş, 2014-cü ilin fevral ayının 28-nə kimi bu vəzifədə çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

MANERA.AZ olaraq, ədəbiyyat adamlarının mənəvi dostu sayılan hörmətli alim, ictimai-siyasi xadim Kamal Abdullanı doğum günü münasibətilə təbrik edir, uğurlar diləyirik!

KAMAL ABDULLA şeirlər

QALİB GƏLƏCƏKMİ CAHANDA KAMAL?! -Şəhla Aslan yazır...

Kamal Abdulla -"Unutmağa kimsə yox" - VİDEO

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ