“Uşaqlar – gələcəyimizin aynasıdır” - Tədbir

Tarix:3-11-2017, 11:50 Baxış Sayı:61

“Uşaqlar – gələcəyimizin aynasıdır”  - Tədbir


2 noyabr 2017-ci il tarixində Azərbaycan İstiqlal Muzeyində “Uşaqlar – gələcəyimizin aynasıdır” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Arzu Quliyeva , “Polisə Dəstək” İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev, 53 saylı orta məktəbin “Hüquq klubu”nun sədri Orxan Vəliyev çıxış ediblər.

Daha sonra “Uşaqlar gələcəyimizdir” adlı film nümayiş olunub.

Həmçininin tədbirdə “İdrak” liseyinin və 53 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Qeyd edək ki, 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyasında Uşaq Hüquqları Konvensiyası qəbul edilmişdir. Bu tarix bütün dünyada “Ümumdünya Uşaqlar günü” kimi qeyd olunur.[/b]

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda “Uşaq hüquqları aylığı” keçirilir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ