“Dialoq fəlsəfəsi” adlı kitabı işıq üzü görüb

Tarix:11-09-2017, 19:08 Baxış Sayı:38

“Dialoq fəlsəfəsi” adlı kitabı işıq üzü görüb

AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru
Şölət Zeynalovun “Dialoq fəlsəfəsi” adlı kitabı işıq üzü görüb.

“Avropa” nəşriyyatında çap olunan kitab sivilizasiya, mədəniyyət və
dinlərarası münasibətlərin açarı hesab edilən dialoq probleminə həsr
edilib. Dialoq amili yeni nəşrdə xalqlar, millətlər və
sivilizasiyalararası münasibətlərin saflaşdırılması, onları
ziddiyyətlərdən, anlaşılmazlıqlardan, açıq və qapalı şəkildə
kin-küdurətdən təmizləyərək ümumbəşəri ideala – sülh və əmin-amanlıq
içərisində yaşamağa istiqamətləndirən xilas yolu – katarsis kimi
təqdim olunur.

Manera.az-ın məlumatına görə, Kitabda Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən müasir
dünyada sülhü, multikulturalizmi, həmrəyliyi təbliğ etməsi,
dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası ahəngin,
harmoniyanın qorunması istiqamətində aparılan rasional siyasətindən
bəhs olunur.


Monoqrafiya dialoq problemi ilə məşğul olan alimlər, tədqiqatçılar,
magistrlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Dialoq fəlsəfəsi” kitabının elmi redaktoru BDU-nun professoru,
fəlsəfə üzrə elmlər doktoru Fərman İsmayılov, rəyçiləri AMEA-nın
Fəlsəfə İnstitutunun “İslam Fəlsəfəsi” şöbəsinin müdiri fəlsəfə üzrə
elmlər doktoru Sakit Hüseynov və fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz
Süleymanovdur.

Qeyd edək ki, Ş.Zeynalovun 2014-cü ildə “Sivilizasiyalararası
münasibətlər: problemlər və perspektivlər” adlı monoqrafiyası işıq üzü
görüb. Ş.Zeynalov respublika daxilində və xaricdə çap olunmuş 30-dan
artıq elmi məqalənin müəllifidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ