Coan Roulinq yeni əsərini paltarı üzərində yazıb

Tarix:18-08-2017, 12:59 Baxış Sayı:49

Coan Roulinq yeni əsərini paltarı üzərində yazıb
Harri Potter haqqında silsilə kitabların müəllifi Coan Roulinq 50 illik yubileyinə həsr edilmiş tədbirdə geyindiyi paltarı xüsusi əlyazma ilə bəzəyib.

MANERA.AZ “cnn.com” saytına istinadla xəbər verir ki, CNN kanalına müsahibəsində yazıçı həmin paltarın evində olduğunu və onun üzərində yazılmış əsərin nə zaman çap olunacağını bilmədiyini qeyd edib.

C.Roulinq 1997-2007-ci illərdə Harri Potter haqqında 7 kitab yazıb. Ümumi tirajı 400 milyondan çox olan bu kitablar dünyanın 65 dilinə tərcümə edilib.

Ötən il isə C.Roulinq Londonun “Palace” teatrında səhnələşdirilmiş “Harri Potter və lənətlənmiş övlad” pyesinin həmmüəllifi olub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ