manera.az
manera.az

Səfirin müşaviri "Şərq"də olub

Səfirin müşaviri "Şərq"də olub

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi "Şərq” qəzeti redaksiyasının qonağı olub.

Qəzetin baş redaktoru Akif Aşırlı və redaksiyaya təşrif buyuran qocaman jurnalist Sabir Gəncəli ilə görüşən İ.Çiftçi redaksiyada yaradılmış Mətbuat Tarixi Muzeyi ilə ətraflı tanış olub və bu təşəbbüsü yüksək qiymətləndirib. O bildirib ki, eksponatların, portret və orijinal kitabların dəyərli olması səbəbindən bu işlər daha da genişləndirilməlidir:

" Həmin kitabların və orijinal mətbuat nümunələrinin tezliklə "PDF” formatının yaradılıb, elektronlaşdırılması vacibdir".

Bundan başqa İ.Çiftçi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dərc etdirdiyi "Bir taşım keyif” adlı türk qəhvəsinin 500 illik tarixi haqqında kitabı muzeyə hədiyyə edib.

Qocaman mətbuat tədqiqatçısı Sabir Gəncəli isə müşavirə dünyanın ziyalı qadınları haqqında yazdığı "Qadın, gözəllik və ülviyyət” adlı ensiklopediyasını bağışlayıb.
Şərq qəzeti
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031