Türkiyənin "15 Temmuz" şəhidləri Bakıda anıldı - Fotolar

Tarix:14-07-2017, 23:00 Baxış Sayı:90

Türkiyənin "15 Temmuz" şəhidləri Bakıda anıldı - Fotolar
Ötən il iyulun 15-də Türkiyə Respublikasında baş verən dövlət çevrilişi cəhdinin birinci ildönümü ilə əlaqədar iyulun 14-də Azərbaycan Akademik Milli Dram Teatrında “15 iyul dastanı” mövzusunda anım mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qardaş ölkələrimizin dövlət himnləri səsləndirilib.

Mərasim 15 İyul – Demokratiya və Milli Birlik Gününə həsr olunan filmin nümayişi və müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

15 iyul dövlət çevrilişi cəhdinin qardaş ölkənin tarixində çətin sınaq olduğunu vurğulayan Əli Həsənov həmin hadisələr zamanı türk xalqının dövlətçiliyə və demokratiyaya sadiqliyini nümayiş etdirdiyini bildirib.

Əli Həsənov Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu və qardaşlığının xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin əsas göstəricisi olduğunu diqqətə çatdırıb.

15 iyul hadisələri zamanı həlak olanların yaxınlarına başsağlığı verən Əli Həsənov xalqımızın və dövlətimizin Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısını alan, demokratiyaya, dövlətçiliyə sadiq qalan insanlarla həmrəy olduğunu bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral tədbirdə çıxış edərək 15 iyul hadisələri zamanı 250-dən artıq insanın həlak olduğunu xatırladaraq dövlət çevrilişi cəhdinin ağır nəticələrindən danışıb. Bildirib ki, həmin gün Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda mübarizə apardı.

Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğana məktubunun qardaşlıq dəstəyinin göstəricisi olduğunu vurğulayan diplomat bildirib: "Azərbaycan FETÖ ilə mübarizədə ilk andan bizə fəal dəstək verməyə başladı. Prezident İlham Əliyev dövlət çevrilişi cəhdindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana ilk zəng edən dövlət başçılarından biridir. Bu dəstək bizim üçün çox mühüm əhəmiyyət kəsb edir”.

15 iyul hadisələrinin birinci ildönümü ilə əlaqədar Azərbaycanda da çoxsaylı anım mərasimlərinin keçirildiyini vurğulayan Erkan Özoral göstərilən yüksək dəstəyə görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığını bildirib.

Dövlət çevrilişinə cəhd zamanı Ankara vilayəti polis idarəsinin rəis müavini vəzifəsində çalışan Tolqa Yılmaz iyulun 15-də yaşından asılı olmayaraq vətəndaşların küçə və meydanlara axışaraq Vətənə, millətə, demokratiyaya sadiqliyini əsl qəhrəmanlıq nümunəsi adlandırıb. T.Yılmaz həmin qanlı və dəhşətli gecə ilə bağlı xatirələrini anım mərasiminin iştirakçıları ilə bölüşüb.

Sonda mərasimin iştirakçıları teatrın binasının foyesində 15 iyul hadisələri ilə bağlı fotosərgiyə baxıblar.

Türkiyənin "15 Temmuz" şəhidləri Bakıda anıldı - Fotolar
Türkiyənin "15 Temmuz" şəhidləri Bakıda anıldı - Fotolar


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ