manera.az
manera.az

Rusiyalı təhsil işçiləri ilə görüş...| MANERA.AZ

Rusiyalı təhsil işçiləri ilə görüş...| MANERA.AZ
Bakı Slavyan Universitetində (BSU) Rusiya Federasiyasının Samara şəhərindən gələn nümayəndə heyəti ilə görüş kecirilib.

Manera.az xəbər verir ki, qonaqları qəbul edən universitetin rektoru, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, BSU-da digər slavyan dilləri ilə yanaşı, rus dili və ədəbiyyatı, rusiyaşünaslıq, tərcümə və başqa sahələr üzrə mütəxəssis hazırlanır, habelə rusistikaya aid fundamental elmi tədqiqatlar aparılır. Rektor BSU-nun beynəlxalq əlaqələri mövzusuna da toxunaraq qeyd edib ki, Rusiyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq edilir, birgə elmi konfranslar, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirilir. Universitetdə fəaliyyət göstərən Rus dili və mədəniyyəti mərkəzi, BSU tərəfindən Moskva Dövlət linqvistik universitetində və Ural Federal universitetində yaradılmış Azərbaycanşünaslıq mərkəzləri haqqında da qonaqlara məlumat verilib.

Samara İcra Hakimiyyəti başçısının müavini, Samara Təhsil Departamentinin rəhbəri L.V.Quzina, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialının prorektoru Elçin Həşimov, məktəb direktorlarından ibarət nümayəndə heyətinin üzvləri öz növbələrində Azərbaycanda rus dili və mədəniyyətinə olan böyük diqqət və qayğıdan, BSU-da rusistikanın yüksək səviyyəsindən razılıqlarını bildiriblər.

Ölkəmizdə keçirilən birinci Avropa oyunlarını yaxından izlədiklərini deyən rusiyalı qonaqlar belə böyük bir tədbirin yüksək səviyyədə təşkil edildiyini və böyük uğurla keçdiyini vurğulayıblar. Bakıya ilk dəfə gələn qonaqlar şəhərimizə heyranlıqlarını, ölkəmizdəki vüsətli inkişafı və xalqımızın tolerantlığını xüsusi qeyd ediblər.

Aytəkin Qardaşova
Rusiyalı təhsil işçiləri ilə görüş...| MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031