“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr edilib |MANERA.AZ

Tarix:10-06-2015, 13:10 Baxış Sayı:352

“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr edilib |MANERA.AZ

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr edilib.

İnstitutdan verilən məlumata görə, “Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunan atlasda Naxçıvan dialektinin fonetik, leksik-sintaktik, morfoloji quruluşu barədə müfəssəl, dəqiq, düzgün məlumatlar yer alıb. Atlasda həm də ilk dəfə olaraq mp3 formatında canlı səs yazıları verilib. Burada informasiyanı verən şəxslərin canlı danışıqları da var və onları dinləmək də mümkündür.

Atlasda Azərbaycanın və Naxçıvanın xəritəsi də verilib.

Atlasın tərtibçiləri Z.Xasiyev, K.İmamquliyeva, K.Quliyeva, Q.Qəmbərova və M.Məmmədlidir. “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın sonunda infarmatorların şəkli də öz əksini tapıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ