Oxunub : 120 | Tarix : 10-01-2017, 15:22 | Bölmə: Gundem

‘Kapital’ın qısaldılmış variantı çap olundu

Karl Marxın "Kapital"ı müasir oxucular üçün yığcam formada çap olundu


Məşhur dünya mütəfəkkiri, alman filosofu və siyasətçisi, marksizm nəzəriyyəsinin bani­si Karl Marxın «Kapi­tal» əsərinin azərbaycan dilində yeni nəşri – qısaldılmış versiyası işıq üzü görüb. Kitabın annotasiyasında belə yazılıb:

Bu kitab «Kapital»ın (1-ci cild) xüla­səsi, başqa sözlə, konspektidir. Tərtibçi olduqca çətin, mürək­kəb və tarixi bir missiyanı öz üzərinə götürərək, təxmi­nən 1200 səhifədən artıq olan əsərin orijinalı­nın ən əhəmiy­yətli, ən məzmunlu, ən prinsipial və ən məlumatlı hissələrini seçərək onu konspekt halına salıb. Nəticə etibarı ilə Siyasi iqtisad dərsliyini xatırladan bu kitabı indi daha çox adam zaman ayırıb oxuya bilər.

«Kapital»ın 1-ci cildinin dərc olunmasından nə az, nə çox – düz 150 il keçir. Marks bu əsəri 10 il ərzində kapitalizmin dünyada ən çox inkişaf etdiyi ölkədə – İngiltərədə yaşayar­kən yazıb yaratmışdı... Kitabda əsas ixtisarlar o dövrlər üçün aktual olan həddən artıq misallar və iqtibaslar üzərində gedib. Orijinalı konspektlə müqayisə edən olsa o dəqiqə gözə çarpar ki, konspekt yüzlərlə iqtibaslardan (əksəriy­yəti indiki oxucu üçün tamamilə gərəksiz) – sitat və isti­nad­lar­dan azad olunub. Hesab etsək ki, Marks yəhudi hövsə­ləsi və alman dəqiq­liyi ilə müəllif haqlarını qoruyaraq bircə sitatı belə iqtibassız buraxmamışdır, onda kitabın orijinalında 1000-ə yaxın (!) iqtibasın (bəziləri 2-3 səhifə həcmində) tutduğu yeri təsəvvür etmək çətin deyildir.

Konspektin üstünlüyü təkcə onun yığcam olmasında de­yil. Müəllif orijinalın ən sadə və bir dəfə oxumaqla anlaşılan məz­mununu saxlamağa çalışmı­şdır. Kitab nisbətən çətin qavra­nılan ağır cümlələrdən azad olunub, im­kan daxilində və zaman çərçivəsində çətin cümlələr yeniləri ilə əvəz olunub.

Konspektdə orijinalın ağır, çox yer tutan tərtibatı da tama­milə dəyişdirilərək sadələşdirilib, hissə bölümlərindən imtina edilərək, an­caq bölmələr saxlanılıb.

Nəticədə kitabın səhifə sayı azı (!) üç dəfə azalıb.

Konspektin tərtibçısı Rafiq Məmmədli, çap edən isə Kitab Klubu(Kitabklubu.org) nəşriyyatıdır.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər