“Bakı haqqında etüdlər” - fotoalbom

Tarix:4-06-2015, 11:13 Baxış Sayı:294

“Bakı haqqında etüdlər” - fotoalbom

“Bakı haqqında etüdlər” fotoalbomunun “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində yeni nəşri işıq üzü görüb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan və ingilis dillərində olan bu nəşri “Şərq-Qərb” mətbəəsində nəfis tərtibatla çap edilib.

Fotoalbom Bakının tarixi, bu günü və gələcəyi haqqında dəyərli nəşrdir. Burada təqdim olunan fotolar mətnlər və informasiya ilə müşayiət olunur. Kitabın əsas qəhrəmanı Bakı, bu şəhərin sakinləri və qonaqlarıdır. Nəşrdə Bakının şanlı keçmişi, memarlıq abidələrinin möhtəşəmliyi, parklarının şairanəliyi, habelə paytaxtımızın idman infrastrukturu şəkillərin dili ilə verilir.

Kitabın ideya müəllifi Milli Məclisin deputatı Elxan Süleymanov, yaradıcı heyətin rəhbəri Fuad Babayevdir. Müəyyən əlavələrlə son dörd ildə fotoalbomun üçüncü dəfə nəşri onun kitab həvəskarları arasında populyarlığından xəbər verir.

Qeyd edək ki, bu fotoalbomun “Bakı haqqında 20 etüd” adlı ilk nəşri Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin I Ümumrespublika “Kitab sənəti” müsabiqəsinin əsas mükafatına layiq görülüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ