Oxunub : 170 | Tarix : 16-12-2016, 17:31 | Bölmə: Gundem

 Elçin Əlibəylidən  yeni kitab  |MANERA.AZ
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin yeni kitabı çap olunub.


“Televiziya fenomeni” adlı kitab daha çox praktika və əməli fəaliyyətə söykənib.

Kitab televiziyanı izləyən, bu sahədə çalışan, medianın tədqiqi ilə məşğul olan hər kəs üçün maraqlı mənbə ola bilər. Müəllif indiyədək çözülməyən, haqqında danışılmayan bir çox məqamlara kitabda xüsusi diqqət ayırıb. Televiziyada çalışmaq, uğurlu aparıcı, moderator, prodüser, redaktor olmaq istəyən, müstəqil şəkildə veriliş hazırlamaq arzusunda olanlar üçün də kitab yaxşı bələdçi rolunu oynaya bilər. Verilişin ideyasından başlamış, quruluşuna qədər bütün peşəkar sirləri sizə təqdim edən bu kitabla yeni televiziya layihəsi yaradıb, onu təqdim edib, marketinq işini düzgün qurub uğur qazana bilərsiniz.

Oxucular kitabda həmçinin aparıcılıq, verilişin quruluşu, onun yayımının təşkili, reklam və sponsorluq fəaliyyəti, reytinq haqqında olduqca maraqlı və yeni məlumatlar əldə ediləcək. Kitabda bu sahədə çalışan və çalışmaq istəyənlər üçün səhvlər,qarşıya çıxa biləcək problemlərdən xilas olmaq üçün faydalı məsləhətlər yer alıb. “Televiziya fenomeni” peşəkar tədqiqatçılar və televiziya işçiləri üçün isə faydalı mənbə olacaq.

Qeyd edək ki, kitab "Günəş" nəşriyyatınta çap olunub. Bu müəllifin sayca dördüncü kitabıdır.



 Elçin Əlibəylidən  yeni kitab  |MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər