"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERA

Tarix:3-06-2015, 13:06 Baxış Sayı:2397

"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERA
gün Bu gün yazıçı- publisist, tərcüməçi, ssenariçi Nəriman Əbdülrəhmanlının doğum günüdür.

Nəriman Əbdülrəhmanlı 1958-ci il iyunun 3-də Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. 1980-ci ildən «Daşkəsən», «Sovet Gürcüstanı» qəzetlərində, «Kino» qəzeti və «Yeni filmlər» jurnalı redaksiyasında, C.Cabbarlı «Azərbaycanfilm» kinostudiyasının «Yaddaş» sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Мüdafiə Müdafıə Nazirliyinin kino-telestudiyasında, «Hərbi bilik» jurnalında, «Lider» televiziyasında, «Ulduz» jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, “Qanun”, “Adiloğlu” nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb.

Manera.az yazıçının qələm dostlarının ona ünvanladıqları təbrik mətnlərini oxuculara təqdim edir:

"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERA
AbdullaKamal Abdulla
Əzizim Nəriman!
Səni ürəkdən təbrik edirəm, cansağlığı və səadət arzulayıram. Sən ədəbiyyatımızın kişi ləyaqətli, mətanət və saflıq, səmimiyyət və əxlaq dolu şəxsiyyətlərindən birisən. Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir.Çox yaşa və dostlarını həmişə sevindirməkdə ol!


"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERAQan Turalı
Nəriman müəllim bir insan, bir yazıçı, bir tərcüməçi kimi çox sevdiyim bir insandır. Onu təbrik edir və yeni yaradıcılıq uğurları arzulayıram!





"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERAFiruz Mustafa
Nəriman bəy ədəbi janrların müxtəlif “cinahlarında” fəaliyyət göstərir. Biz onu kinossenarist, tərcüməçi, publisist, redaktor, araşdırmaçı... kimi də tanıyırıq.
Amma belə hesab edirəm ki, Nəriman Əbdülrəhmanlı hər şeydən əvvəl müasir nəsrimizin çox istedadlı nümayəndələrindən biridir. Belə bir imzanın mövcud olmamasından dolayı bizim ədəbiyyatımız çox şey itirərdi.
Cəsarətlə demək olar ki, Nəriman Əbdülrəhmanlının “Yolçu”, “Yolsuz”, “Könül elçisi yaxud Xuan de Persiа – Оruc bəy Bayatın hekayəti” , “Qurban” romanları müasir dünya nəsrinin bir çox diqqətəlayiq nümunələri ilə müqayisə oluna bilər. Və belə hesab edirəm ki, bu istedadlı, təvazökar, yorulmaz nasirin ədəbiyyatşünas və tənqidçilər tərəfindən hələ lazımi səviyyədə araşdırıb dəyərləndirmədiyi əsərlər gələcəkdə öz layiqli qiymətini alacaq.
Mən bu ad hünündə qələm dostumuzu ürəkdən təbrik edirəm.


"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERAKənan Hacı
Nəriman müəllim, ad gününüzü təbrik edirəm! Sizin anadan olduğunuz gün həm də ədəbiyyatımızın bayramıdır! O mənada ki, siz olmasaydınız, Azərbaycan ədəbiyyatı çox şey itirərdi. Yüz yaşayın, həmişə var olun ki, ədəbiyyatımız da var olsun! Bir daha təbriklər!!!

"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERATehran Əlişanoğlu
Təbriklər, Nəriman! N.Əbdülrəhmanlı təkcə yaxşı tərcüməçi yox, həm də gözəl romançıdır. "Qurban" bunu təsdiq etdi!






"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERAFaiq Balabəyli
Nəriman Əbdülrəhmanlı tanınmış yazar və tərcüməçidir. Zəhmətkeş və səmimi bir insan olaraq ömrünü vərəqlərin araSINDA VƏRƏQ-VƏRƏQ XƏRCLƏYİR. iSTEDADI, BACARIĞI ONUN əlindın tutub, dayanma deyir. Ona yaradıcılıq uğurları arzulayıram. Təbi, enerjisi tükənməsin!

"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERAİbrahim İlyaslı
Nəriman çağdaş nəsrimizi yaradan ən ünlü isimlərdən biri, dünya ədəbiyyatını ana dilimizə çevirən mahir tərcüməçi və mənim əziz dostumdur. Doğum günü münasibətilə təbrik edir, sağlıklı can və başarılar diləyirəm!


"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERADayandur Sevgin
Nəriman Əbdülrəhmanlı Azərbaycan ədəbiyyatında öz dəsti-xətti, öz nəfəsi olan. heç kimə bənzəməyən və sevilən bir yazıçıdı. Nəriman müəllimin ad günü oxucuların bayramıdı. Həm oxucuların həm də Nəriman müəllimin bayramı mübarək!



"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERASaday Şəkərli
Qardaş deyib öyündüyüm, təklərdən olan bənzərsiz yazıçım Nəriman Əbdülrəhmanlı, şərhsiz və şərtsiz təbrik edirəm səni, yaşa, yarat, sevindir bizi...





"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERARəşid Bərgüşadlı
Nəriman Əbdülrəhmanlı, dünya ədəbiyyatını Azərbaycan oxucusuna tanıdan ən dəyərli tərcüməçilərimizdəndir. Lourens Lokkart, Qoderzi Çoxeli, Andrey Platonov, Migel Asturias, Orxan Pamuk, Gustav Le Bon, Paulo Coelho, Nəcib Fazil Qısakürək, Qabriel Qarsia Markes, Əlif Şəfəq, Mürriel Maufroy, Əhməd Həmdi Tanpınar, Xorxe Luis Borxesin əksər əsərlərini məhz Nəriman müəllimin tərcümələrindən oxumuşam. Onun, ustaca, rəvan və səlist tərcüməsi həmişə əsərin bədiiliyini, dəyərini qoruyub saxlayıb. Xalqımıza verdiyi əzablı tərcümə əsərlərinə, dəyərli nəsrinə görə Nəriman müəllim alqışa layiqdir. Dəyərli Azərbaycan nasiri, publisisti, tərcüməçisi və ssenariçi Nəriman Əbdülrəhmanlını doğum günü münasibətilə ürəkdən təbrik edirəm və daha böyük uğurlara imza atmasını arzu edirəm.

"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERA
Ramiz Qusarçaylı
Nəriman Əbdülrəhmanlı Azərbaycan ədəbiyyatının müasir sütunlarından biridir...Onun hər bir əsəri ədəbi hadisədir...Onu təqdir edirəm, daha böyük uğurlar diləyirəm...






"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERA
Ayaz Arabaçı

Nəriman Əbdülrəhmanlı mənim yaxın dostumdur. Yaradıcılığını yaxından izləyirəm, uğurlarına sevinirəm. O sözü həmişə diri saxlayan, ləyaqətli qələm adamlarındandır, Qələm dostumu təbrik edir, can sağlığı arzulayıram..


"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERAHədiyyə Şəfaqət
Bu gün usta yazar Nəriman Əbdülrəhmanlının doğum günüdür.
Nəriman müəllim mənim üçün həm də əziz adamlardan biridir. "Yolsuz"-dan "Yolçu"-ya mənim yazıçımdır, ustamdır, işıqlı adamdır. Usta, təbrik edirəm!



"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERAArif Ərşad
Bu gün Azərbaycan yazıçıları arasında öz imzası ilə seçilən və tanınan sevimli yazıçı Nəriman Əbdülrəhmanlının doğum günüdür.
Hörmətli Ustad və əziz dost, Sizi bu gün münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı və yaradıcılığınızda uğurlar arzulayıram.




"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERARafiq Hümmət
Bu gün dəyərli dostum, sevimli yazıçım Nəriman Əbdülrəhmanlının doğum günüdür. Təbrik edir, yeni-yeni uğurlar arzulayıram!





"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERA Zakir Məmməd
Bu gün Azərbaycanın tanınmış yazıçısı Nəriman Əbdülrəhmanlının doğum günüdür. Bu münasibətlə əziz dostumu, qardaşımı təbrik edir, ona can sağlığı, uzun ömür arzulayıram!






"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERAMəmməd Dəmirçioğlu
Nəriman Əbdürrəhmanlı Çağımızın ən dəyərli yazarlarından biri, həddindən artıq saf və səmimi bir Türk kişisidir. İstər insani keyfiyyətləri, istər yaradıcılıq qabiliyyəti, istərsədə müdrikliyi ilə bir millətin qurur duya biləcəyi ziyalımızdı. Könül dostumu döğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Xeyirxah əməllərində, yaradıcılıq ömründə müvəffəqiyyətlər və sağlıqlar diləyirəm.

"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERADürdanə Tahirli
Hörmətli Nəriman müəllim, doğum gününüz mübarək! Sizi təbrik edir, can sağlıqı, uzun ömür və yaradıcılıq uğurları arzulayıram!






"Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir" - Nəriman Əbdülrəhmanlıya -MANERAŞəhla Aslan
Biz də Manera.az kollektivi olaraq, hər zaman əzmkarlığı ilə gənclərə nümunə olan yazıçı Nəriman Əbdülrəhmanlını təbrik edir, yaradıcılığındakı özünəməxsusluğu qoruyub saxlamağı, ədəbiyyatda yazanmış olduğu əsl yazıçı missiyasını ləyaqətlə yerinə yetirdiyi dönəmdə ona can sağlığı, möhkəm dözüm arzulayırıq!

Safura
Manera.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ