Oxunub : 142 | Tarix : 9-12-2016, 13:18 | Bölmə: Gundem / Tribuna

Elvin İsmayılla "Az bilinənlər"- LAYİHƏ/ MANERA.AZ


Manera.az gənc araşdırmaçı Elvin İsmayılın silsilə yazılarını təqdim edir:

Bu dəfə sizə ötən məqalədə yazdığm məlumatları bir az da ətraflı bildirmək istəyirəm.
Xatırladım ki, ötən məqalədə sizə 7 soy kök və onların dövrləri ilə bağlı məlumat vermişdim.

1) Astral - (Od, enerji)
2) Hyperborean (hiperborealılar) - (hava, səma)
3) Lemurian (Lemuriyalılar) - (Su, sualtı dünya)
4) Atlantean (Atlantlılar) - (torpaq)
5) Aryan (müassir insan,müassir dövrümüz) - (torpaq)
6) ? - Hələ yaşanmayıb- (?)
7)? - Hələ yaşanmayıb - (?)
Astral - Bu soy kökdə yaşayan varlıqlar insandan fərqli olaraq ruha daha yaxın idilər. Heç bir orqanları və fiziki bədəni olmayan varlıqlar - telepartasiya, çox güclü hiss etmə - qabiliyyətinə də malik idilər.

Hyperborean (hiperborealılar) - Antik yazılardan Hiperborealıların Şimal qütbündə yaşamaları haqqında müəyyən məlumatlar var. Belə məlumatlara Herodotun, Virgil(us)- un əsərlərində rast gəlmək mümkündür. Təbii ki, bu yazıların tutarlı həqiqətləri özündə ehtiva etməsi müəyyən mənada özündə suallar doğurur. Məlumatlara görə, buz dağlarının arasında insanlar yaşayırmış. İlk öncə bu insanların boyu çox hündür olmaqla yanaşı dəriləri şəffaf idi. Hiperborealı ailələrin beşinci övladlarında qeyri-adi bacarıq olması da miflərdə öz əksini tapıb. Bəzi məlumatlarda buzalaqların parçalanması və təbii fəlakətlər nəticəsində hiperborealıların bir qisminin indiki Avropa və Amerikaya köçməsi də göstərilir.

Hiperborealıların varlığını ən çox dəstəkləyən antik yunan yazılarıdır. Hiperborealıların hemofrodit (ikicinsiyyətli) olması da bu yazılarda öz əksini tapır. 19 cu əsirdə Antraktidada qazıntılar zamanı müəyyən insan qalıqları o cümlədən dağılmış şəhər qalıqları da tapıldı. Qazıntılar zamanı tapılan insan qalıqların müasir insandan ən böyük fərqi onların sümüklərinin çox böyük olması idi.

Başqa məlumatlarda isə hiperborealıların ümumiyyətlə yerə göydən gəlmələri öz əksini tapır. Tezofistlər bu məlumatı təsdiqləyir.
Qədim Misir yazılı abidələrində yad planetlilərlə bağlı bir çox məlumatlar var. Yad planetliler yer planetinə bir qrup insan gətirərək onları DNK vasitəsi ilə klonlaşdırıb. Bu klonlaşdırma vaxtı mutasiya baş vermişdi. Mutasiya prosesində bir çox insanlar (varlıqlar) yaranmışdı ki, onların da bir çox özəllikləri var idi. Bu özəlliklərdən biri də onların boylarının çox hündür olması idi. Düşünürəm ki, hiperborealılar da bu mutasiya prosesinin məhsulları ola bilərlər . Bu ehtimal teozofistlərin dediklərini - hiperborealıların yerə göydən gəlmələrini təsdiqləyir.

Başqa bir müqayisədə, Hollivud istehsalı "Cek və Sehirli Paxla" filmində Cekin sehirli paxla vasitəsi ilə səmaya qalxması göstərilir. Xatırlayırsınızsa Cek paxla vasitəsi ilə səmaya qalxır və buludların arasında nəhəng insanlardan ibarət bir sivlizasiyanın yaşamasını görür.... filmi danışmaq fikrim yoxdur, sadəcə bir nüansı diqqətinizə çatdırmaq istəyirəm - filmdə, Cek nəhəng insanlar üçün vacib olan qızıl yumurta yumurtlayan qazı oğurlayır... Qızıl yumurta.... Qızıl - yad planetlilər üçün vacib metal. Yad planetlilərin Yer planetinə gəlmə səbələrindən birinin də məhz qızıl metalı olması göstərilir. Həmin filmdə də qızıl yumurta vacib amil kimi göstərilir. Fikrimcə hiperborealıların- Yad planetlilərin klonlaşdırma zamanı mutasiya prosesinin məhsulu olması doğru hesab oluna bilər.

Lemurian (Lemuriyalılar) - Lemuriyalılar hiperborealılardan sonra gələn 3 cü soy kökdür ki, araşdırmaçılar Lemuriyalıları Hiperborealılar kök soyunun davamı kimi qeyd edirlər. Lemuryalılar çox üstün texnologiyaya sahib idilər və bəzi mənbələr onların yad planetlilərlədə təmasda olduqlarını qeyd edir.

Lemuriyalılar da hiperborealılar kimi nəhəng insanlar olmuşdurlar. Mənbələr Lemuryalıların boylarının 8-10 metr arası dəyişdiyini göstərir. Lemuriyalıları hiperborealılardan fərqləndirən cəhətlərdən biri də onların cinsiyyətlərinin ayrılması idi. Yəni, Hiperborealılarda bir bədəndə iki cinsiyyət yerləşirdi. Hiperborealıların nəsil artırması üçün əks cinsə ehtiyac yox idi. Lakin Lemuriyalılar qadın və kişilərə ayrılmışdılar.

Mənbələr "Mu" qitəsini Lemuriyalıların yaşadığı ərazi kimi göstərir. Mu qitəsi Sakit okeanda Asiya və Amerika qitələri arasında yerləşirdi. Lakin 12000 il öncə təbii fəlakət ilə dağılaraq Okeanın dibinə çökdü. Meksikada yerləşən piramidalarda Mu qitəsinin batması haqqında müəyyən yazılara rast gəlinir. Yazılarada Mu Qitəsinin Zak ayının 13-ü batması göstərilir. Bəzi məlumatlara görə, 13 rəqəminin uğursuz rəqəm olması da elə bu mənbədən qaynaqlanır. Xatırladım ki, qitənin batması bir gündə baş verməyib. Təbii fəlakətlər qitəni müəyyən zaman ərzində məhv ediblər. Bəzi mənbələrə görə, Lemuriyalıların bir hissəsi yaxın qitələrə köç etmişdir. Mu qitəsinin sakinlərin izlərinə Amerikada, Misirdə, Mesopotamiyada, Orta Asiyada rast gəlinir.

Bəzi mənbələr qeyd edir ki, Lemuryalılar qeyri-adi uğursuz, təcrübələr aparmaları nəticəsində yaranan xəstəlik sonrası məhv olublar.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər