Oxunub : 152 | Tarix : 28-11-2016, 16:58 | Bölmə: Gundem

“Ustadlara sayğı gecəsi”  olacaq | MANERA.AZ
Dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “Ustadlara sayğı gecəsi” adlı sazlı-sözlü tədbir təşkil olunacaq.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Yunis Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək gecədə əsrlərdən miras qalan və ruhumuzu oxşayan müxtəlif saz ifaları və muğamımız səslənəcək.

Konsert proqramında Türkiyənin tanınmış solisti Armağan Elçin və Əməkdar Artist, xanəndə Elnarə Abdullayevanın ifasında hər iki ölkənin xalq mahnıları da təqdim olunacaq.
“Ustadlara sayğı gecəsi”  olacaq | MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər