Oxunub : 258 | Tarix : 26-11-2016, 10:00 | Bölmə: Gundem / usaq

“Sehrli planşet” adlı yeni nağıl kitabı nəşr olunub
[center]
Vüqar Haqverdiyevin “Sehrli planşet” adında yeni nağıl kitabı nəşr olunub.

Nağıl Aylin adında balaca bir qızın başına gələn maraqlı sərgüzəştlərdən bəhs edir. Hadisələr sehrli planşetin içində baş verir. Aylin sehrli sözün köməyi ilə ora girərək, onu köməyə çağıran Ani və Boni adlı dovşan balalarına köməklik göstərir. Onlar Matilda adlı hiyləgər tülkünün qurduğu tələlərdən keçərək sonda öz istəklərinə çatırlar.

Qeyd edək ki, müəllif uşaqlar üçün yazdığı nağıllara görə Azərbaycanda müasir uşaq ədəbiyyatının inkişafı və təbliği, yeni nağıl qəhrəmanlarının yaradılması istiqamətində keçirilmiş nüfuzlu müsabiqələrdə qalib yerlərə layiq görülüb.

Nağılın redaktoru filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimovadır.

“Sehrli planşet” nağılı “Altun Kitab” nəşriyyatı tərəfindən yüksək poliqrafik keyfiyyətdə və rəngli şəkillərlə çap olunub. Şəkillərin müəllifi rəssam Şəlalə Məmmədqızıdır.

Nağılı şəhərin kitab mağazalarından əldə etmək olar.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər