Səməd Ağaoğlunun yeni kitabı işıq üzü görüb - MANERA.AZ

Tarix:21-11-2016, 15:33 Baxış Sayı:160

Səməd Ağaoğlunun yeni  kitabı işıq üzü görüb  - MANERA.AZ
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Azərbaycanəsilli çağdaş türk yazıçısı, tanınmış dövlət xadimi Səməd Ağaoğlunun “Atamın dostları” kitabı işıq üzü görüb.

XX əsrin ilk onilliklərində Azərbaycan və Türkiyə fikir müstəvisinə xüsusi təsir göstərmiş Əhməd Ağaoğlu (1869-1939) və onunla birgə yeni Türkiyə Cümhuriyyəti uğrunda mübarizəyə qalxmış görkəmli şəxsiyyətlərin portret cizgilərini əks etdirən bu irihəcmli memuarlar toplusu tarixçilər, politoloqlar, Türkiyə-Azərbaycan münasibətlərinin keçmişini və bu gününü araşdıran mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın Azərbaycan dilinə tərcüməçi və tərtibçisi filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Güldəstə Nəsibdir.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ