manera.az
manera.az

Firuz Mustafa yeni kitabını təqdim edib -MANERA.AZ


Firuz Mustafa yeni kitabını təqdim edib -MANERA.AZ
Tanınmış yazıçı, dramaturq, filosof Firuz Mustafanın çoxcildlik “Seçilmiş əsərləri”nin 1-ci cildi işıq üzü görüb. Kitab “Ekoprint” nəşriyyatında çap edilib. İlk cildə yazıçının vaxtilə ədəbi jurnallarda (“Azərbaycan” və “Literatura Azerbaydjana” dərgilərində) çap olunmuş "Qapı" və "Cənnət çiçəyi" romanları daxil edilmişdir.

Firuz Mustafa Azərbaycan Yazıçılar Birliyinin dramatugya bölməsinin rəhbəridir. “Humay” və Cəfər Cabbarlı mükafatları laureatıdır. Dram əsərlərinə onlarla teatrda quruluş verilmişdir. Təkcə bu il (2016-cı ildə) onun pyesləri Rusiya və Türkiyə teatrlarında tamaşaya qoyulmuşdür. Hazırda Ukrayna, Belorus və İran teatrlarında Firuz Mustafanın əsərlərini səhnəyə qoymaq üçün hazırlıq işləri görülür.

Görkəmli söz adamı ilə oxucuların görüşü daim maraq doğurur. Bu günlərdə “kitabevim.az” kitab marketində Firuz Mustafanın “seçilmiş əsərləri”nin otuz cildliyinin 1-ci cildi oxucular tərəfindən maraq və coşqu ilə qarşılanıb. Tədbirdə ölkəmizin tanınmış ziyalıları iştirak edib. Çıxışçılar tanınmış ədib haqda öz ürək sözlərini demiş, sənət adamları onun əsərlərindən parçalar söyləmişlər.

Tədbirin sonunda Firuz Mustafa yeni kitabını öz imzasiyla oxuculara təqdim etmişdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930