Oxunub : 146 | Tarix : 24-10-2016, 14:28 | Bölmə: Gundem

Firuz Mustafanın  külliyatı nəşr olunub  -MANERA.AZ
Manera.az-ın məlumatına görə, yaxın günlərdə yazıçı, dramaturq Firuz Mustafanın “Ekoprint” nəşriyyatı tərəfindən nəşrə hazırlanan otuz cildlik “Seçilmiş əsərləri”nin 1-ci cildi oxuculara təqdim ediləcək.

Birinci cildə yazıçının vaxtilə ədəbi jurnallarda (“Azərbaycan” və “Literatura Azerbaydjana” dərgilərində) çap olunmuş “Qapı” və “Cənnət çiçəyi” romanları daxil edilib.

Kitabın imza günü mərasimi paytaxtımızdaki kitab dükanlarından birində keçiriləcək.

Məlum olduğu kimi, Firuz Mustafa Azərbaycan Yazıçılar Birliyinin dramatugya bölməsinin rəhbəridir.

Dram əsərləri onlarla teatrda səhnələşdirilib. Bu il onun pyesləri Rusiya və Türkiyə teatrlarında tamaşaya qoyulub.

Hazırda Ukrayna, Belarus və İran teatrlarında Firuz Mustafanın əsərlərini səhnəyə qoymaq üçün hazırlıq işləri görülür.

Yeri gəlmişkən, onu da vurğulayaq ki, bu Azərbaycan ədəbiyyatında Firuz Mustafaya qədər heç bir yaradıcı şəxsin bu həcmdə külliyatı nəşr olunmayıb.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər