manera.az
manera.az

Multikulturalizm Mərkəzi 1 yaşını qeyd etdi - FOTOLAR

Multikulturalizm Mərkəzi 1 yaşını qeyd etdi - FOTOLAR

Bu Bugün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-nin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin iştirakı ilə Mərkəzin bir yaşı qeyd edilib.

Tədbirdə çıxış edən akademik Kamal Abdullayev Mərkəzin bir yaşının tamam olması münasibəti ilə bütün iştirakçıları təbrik edib və ötən il mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Multikulturalizm Mərkəzinin missiyası və həyata keçirdiyi layihələr barədə danşıb. Akademik qeyd edib ki, 7 xarici ölkə təhsil ocaqlarında və 8 yerli universitetlərdə tədris edilən “Azərbaycan multikulturalizmi” fənni Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını və tolerantlıq ənənələrini dünyaya duyurmaq baxımından çox mühüm əhəmiyyət kəsb edib. Əsası Ümümilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aynur Bəşirli Mərkəzin illik fəaliyyəti ilə bağlı ətraflı məlumat verərək Mərkəzin xaricdə və ölkəmizdə keçirdiyi elmi konfranslar, dəyirmi masalar və digər silsilə tədbirlər barədə söhbət açıb. Multikulturalizm Mərkəzinin İcraçı direktoru, professor Azad Məmmədov isə Mərkəzin gələcək layihələri barədə məlumat verib.

Tədbirdə Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, ”Ronahi” Kürd mərkəzinin sədri Fəxrəddin Paşayev, ”Arqo” Yunan Cəmiyyətinin sədri Səidə Mehtiyeva, Azərbaycan ingiloy icmasının sədri Sevinc Bulacova, talış icmasının nümayəndəsi İradə Məlikova çıxış edərək Azərbaycanda milli və dini qruplara yaradılan şərait, onlara olan yüksək diqqət və qayğı bərədə ürək sözlərini bildirib.

Tədbirin sonunda “Azərbaycan multikulturalizmi” fənninin monitorinqini aparan ziyalılara Multikulturalizm Mərkəzinin fəxri üzvlük, yazar- jurnalistlərə, Mərkəzin keçirdiyi treyninqləri uğurla başa vuran müəllimlərə, icma nümayəndələrinə isə üzvlük kartları təqdim edilib.

Multikulturalizm Mərkəzi 1 yaşını qeyd etdi - FOTOLAR
Multikulturalizm Mərkəzi 1 yaşını qeyd etdi - FOTOLAR

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930