Hikmət Məlikzadənin tədqiqat işi nəşr olunub |MANERA.AZ

Tarix:29-03-2016, 12:40 Baxış Sayı:297

Hikmət Məlikzadənin tədqiqat işi nəşr olunub |MANERA.AZ
Hikmət Məlikzadənin tədqiqat işi nəşr olunub |MANERA.AZ
Kitabda insan, cəmiyyət və zaman münasibətləri elmi-publisistik təhlilə cəlb edilib
Kitabda insan, cəmiyyət və zaman münasibətləri elmi-publisistik təhlilə cəlb edilib

Şair-publisist Hikmət Məlikzadənin müəllifi olduğu “Mənzərə Sadıqovanın yaradıcılığlnda insan-cəmiyyət-zaman münasibətləri” yeni tədqiqat işində filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Mənzərə Sadıqovanın “YaşaM” və “Qadınlar və kişilər” əsərlərini elmi-publisistik təhlilə cəlb edib.

Kitabda M.Sadıqovanın fəlsəfi görüşlərindən, sənətkarlıq xüsusiyyətlərindən bəhs edilir, müasirlərimizin mənəvi aləmini insan-cəmiyyət-zaman kontekstində işıqlandırmaq manerasından söhbət açılır. 2016-cı ildə “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış bu kitab həm də Mənzərə Sadıqovanın yaradıcılığında insan amilini fərqli şəkildə səciyyələndirir.

Nəşrin elmi redaktoru filologiya elmlər doktoru, professor Şirindil Alışanlı, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucovdur.

Kitaba yazılmış “Giriş”də M.Sadıqovanın yaradıcılığından geniş söz açılır. Bildirilir ki, insanın yaşayış tərzinin ümumiləşdirilməsi üsulu Mənzərə Sadıqova yaradıcılığının ən səciyyəvi məziyyətlərindən biridir. Onun 30 illik yaradıcılığının bəhrəsi olan “YaşaM” kitabında bu ümumiləşdirmənin publisistik çalarını, ictimai dəyərini rəngarəng duyğularla sezmək mümkündür. Kitabda, həmçinin insanın həyat qayəsi tam olaraq yəqinləşir, onun davranışındakı psixoloji durum müxtəlifliyinin bədii təsdiqini görürük. Müəllifin istedadlı publisistin zaman anlayışını sıx-sıx mənalandırması təsadüfi deyildir. Publisistik təfəkkürümüzün incəliklərinə varan “YaşaM”dakı məqalələrdə epizodlar lakonikdir, obrazlıdır, mükəmməldir və bütün bu xüsusiyyətləri ilə bədii bir məcraya yönəlir.

Yazıda vurğulanır ki, M.Sadıqovanın çoxşaxəli yaradıcılığında yol və səmt müxtəlifdir, amma mahiyyətlə son məqam eynidir.

“Mənzərə Sadıqovanın fəlsəfi yanaşmasında ədəbi hiss və həyat təzahürü”, “Publisistik məharətin hüdudsuzluğu”, “Müasir ədəbi prosesdə M.Sadıqovanın yeri” və digər sərlövhəli yazıların yer aldığı 160 səhifəlik bu sanballı monoqrafıya ədəbiyyatşünaslar, bakalavr, magistr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Elman,
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ