Oxunub : 563 | Tarix : 9-03-2016, 16:26 | Bölmə: Gundem

Reklamlarda dil və üslub problemləri - KONFRANS _MANERA

MANERA.AZ xəbər verir ki, bu gün AMEA Nəsimi adına Dilçilik İn­stitutunda "Reklamlarda dil və üslub problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu, İnstitutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli, Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev, dilçi alimlər, media nümayəndələri və başqaları iştirak edib.

Əvvəlcə direktor Möhsün Nağısoylu "Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb.

Sonra çıxış edən Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev açıq məkan reklamlarında səhv tərcümələr və səhv ifadələr haqda danışıb.

"Bəziləri reklamları xarici dillərdən, xüsusilə rus, türk, ingilis dili­ndən tərcümə edir, həmin reklamlar oxuya­nda başa düşülmür. Azərbaycan dilində reklamların yazılış qaydası yoxdur, göstərilmir, çünki belə mərkəz yoxdur, ona görə də kimə müraciət edilməsi məsələsi hələ də açıq qalır. Televiziya reklamlarının tərcümələri isə çox vaxt anlaşılmır. Hərfi, söz tərcüməsindən istifadə edirlər, bu da bayağı alınır" - deyə H. Atakişiyev bildirib.

Daha sonra Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli çıxış edib.

O, ədəbi dilin mövcud problemləri və yol verilən xarakterik nöqsanlar haqqında, eləcə də "Qaynar xətt"in reklamların dilindəki norma pozuntularının qarşısının alınmasındakı rolundan danışıb.

Tədbirin gedişatında reklamların dili ilə bağlı məruzələr dinlənilib.

Kamal Aken,
MANERA.AZ

Reklamlarda dil və üslub problemləri - KONFRANS _MANERA
Reklamlarda dil və üslub problemləri - KONFRANS _MANERA
Reklamlarda dil və üslub problemləri - KONFRANS _MANERA
Reklamlarda dil və üslub problemləri - KONFRANS _MANERA


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər