BSU əməkdaşlarının tədqiqat işlərinin toplusu _YENİ NƏŞR | MANERA

Tarix:7-03-2016, 16:04 Baxış Sayı:442

BSU əməkdaşlarının tədqiqat işlərinin toplusu _YENİ NƏŞR | MANERA
Bakı Slavyan Universitetinin "Türk-slavyan əlaqələri" elmi-tədqiqat laboratoriyası əməkdaşlarının 2005-2015-ci illər elmi-tədqiqat işlərinin toplusu çapdan çıxıb.

Topluda ötən on il ərzində laboratoriya əməkdaşlarının bir sıra respublika və beynəlxalq elmi konfranslarda etdikləri məruzələr öz əksini tapıb.

Universitetdən MANERA.AZ- verilən məlumata görə, “Mütərcim” nəşriyyatında çap olunmuş “Şərq-Qərb -2” adlı bu kitab Bakı Slavyan Universitetinin Elmi Şurasında (30 noyabr 2015-ci il tarixli iclas) təsdiq olunmuş və çap olunmağı tövsiyə olunmuşdur.

Məlumat üçün qeyd edək ki, "Türk-slavyan əlaqələri" elmi-tədqiqat laboratoriyası Bakı Slavyan Universiteti rektorunun 2001-ci il 23 yanvar tarixli 7 saylı əmri ilə yaradılıb.

Laboratoriya avrasiyaçılıq, türk-slavyan mədəni, ədəbi, dil əlaqələrinin tarixini müasir durumunu və digər problemləri araşdırır.


Şəhla,
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ