Mirmehdidən yeni kitab - "ALMAN MALI" | MANERA.AZ

Tarix:14-01-2016, 11:42 Baxış Sayı:778

Mirmehdidən yeni kitab - "ALMAN MALI" | MANERA.AZ

MANERA.AZ xəbər verir ki, "ATV Kitab" seriyasının növbəti nəşri – Mirmehdi Ağaoğlunun "Alman malı" hekayələr toplusu işıq üzü görüb.

"Kitabın nəşri diqqətəlayiq hadisədir. Onun fikrincə bu, kitab seriyasının müasir ədəbiyyatımıza verdiyi töhfə, çağdaş ədəbi prosesin nəbzini tutmaq cəhdidir. Mirmehdi Ağaoğlu yeni yazıçılarımız arasında seçilən, özünəməxsus qələm adamıdır, artıq o öz yazıçı imzasını təsdiq edib, onun haqqında müxtəlif nəsilləri təmsil edən ədiblərimiz öz təqdiredici rəylərini söyləyiblər." -deyə "ATV Kitab" seriyasının rəhbəri Səlim Babullaoğlu bildirib.


Qüyd edək ki, "ATV Kitab" layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli və Dilman Şahmərdanlı daxildir. Kitabın redaktoru Ağa Cəfərli və Dilman Şahmərdanlı, bədii və texniki tərtibat İsmayıl Süleymanlıya məxsusdur. Kitab üzərində işləyən yaradıcı və texniki heyətə Toğrul Musayev, Turac Eldarqızı, Azər Əsgərzadə də daxildir.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ