manera.az
manera.az

2015-ci ilin yekunlarına dair Elmi Şura | MANERA.AZ

2015-ci ilin yekunlarına dair Elmi Şura | MANERA.AZ
MANERA.AZ
Bu gün Bakı Slavyan Universitetində 2015-ci ilin yekunlarına dair Elmi Şura keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev öncə tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətiylə təbrik edib.

Universitetin il ərzində qazandığı uğurlardan bəhs edən rektor bildirib ki, Bakı Slavyan Universitetinin respublikamızın bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri var.

Bu gün Bakı Slavyan Universiteti dünyanın bir çox universitetləri ilə əməkdaşlıq edir. 2015-cü ildə xarici ölkələrin ali məktəbləri ilə ikitərəfli müqavilələr imzalanıb, bir sıra xarici ölkə universitetlərindən tanınmış alimlər, xarici ölkələrin dövlət və hökumət adamları, səfirlər Bakı Slavyan Universitetinin qonağı olub, doktorant və dissertantlar, magistrant və tələbələr üçün mühazirələr oxuyub, elmi seminar və ustad dərsləri keçiblər.

Univerisetimizin müəllimləri respublikada və beynəlxalq konfranslarda iştirak edir, müxtəlif xarici ölkələrdə BSU-nu uğurla təmsil edirlər.

Professor A. Hacıyev daha sonra qeyd edib ki, 2015-ci ildə tələbələrin həm Bakı Slavyan Universiteti, həm də digər universitetlərdə təşkil olunmuş konfrans, forum, müxtəlif seminar və "dəyirmi masa"larda iştirakı təmin olunub. Bu gün tələbələrimiz olimpiadalarda, intellektual yarışlarda iştirak edir və layiqli yerlər tuturlar. Hər il tələbələr arasında müxtəlif yarışmalar, tələbələrin əl işlərindən ibarət sərgilər təşkil olunur.

BSU-nun tələbələri idmanın müxtəlif növləri ilə məşğul olurlar və demək olar ki, bütün idman yarışlarında universitetimizi layiqincə təmisil edirlər. Bundan əlavə, BSU-nun tələbələri xeyriyəçiliklə də fəal məşğuldurlar. Onlar qaçqın şəhərciklərindəki məktəblərə gedir, şagirdlərə bayram sovqatları aparırlar.

“Bakı Slavyan Universiteti tələbələrinin müstəqil idarəçilik qabiliyyətinin inkişafına təkan vermək, intellektual səviyyələrini, işgüzar bacarıq və vərdişlərini yoxlamaq, onlar tərəfindən verilən uğurlu təklifləri təhlil edib həyata keçirmək məqsədilə həyata keçirilən “Bir günlük xəlifə” adlı maraqlı layihə də ilk dəfə 2002-ci il dekabrın 13-də məhz BSU-da gerçəkləşib. Və hər il 14 rəhbər vəzifəyə tələbələrin namizədliyi irəli sürülür. Obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə seçkilər tamamilə tələbələrin öhdəsinə buraxılır və heç bir rəhbər şəxsin müdaxiləsi olmayır. Belə günlər tələbələrin yaddaşında unudulmaz xatirəyə çevrilir.”- deyə A. Hacıyev bütün bunlardan qürur hissi keçirdiyini vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akedemik Kamal Abdullayev çıxış edərək, Ümummilli lider Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti V.V.Putinə BSU-nun fəxri doktoru diplomunun təqdim edilməsi mərasimindəki nitqindən stat gətirib:
- “ Bakı Slavyan Universitetinin nümayəndələri Azərbaycan ziyalılığının qaymaqlarıdır. Rus dilinin Azərbaycan gənclərinə öyrədilməsində, Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimləri hazırlanmasında bir deyil, bir neçə on illər xidmət göstərmiş adamlardır. Bu universitetin böyük gələcəyi, böyük perspektivi var… Biz bu universitetə çox böyük ümidlər bəsləyirik…”

Daha sonra akademik K. Abdullayev Azərbaycan təhsilinin müasir durumu, tələbələrdə vətənpərvərlik hisslərinin gücləndirilməsi barədə düşüncələri, dövlətin, ölkə rəhbərliyinin, xüsusilə də möhtərəm prezident İlham Əliyevin respublikada təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğısı, hər bir gəncin bu qayğıdan bəhrələnərək sağlam həyat tərzinə sövq edilməsinin vacibliyi barədə fikirlər söyləyib.

2015-ci ilin yekunlarına dair Elmi Şura | MANERA.AZ

Dövlət müşaviri Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlər, ölkə ərazisində, o cümlədən regionlarda azərbaycançılıq məfkurəsinin təbliğində, əhalinin maarifləndirilməsində, gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsində, dil bilgilərinin artırılmasında tələbələrin, gənc alim və mütəxəssislərin birgə fəaliyyətininin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Sonda müəllimlərin istək və arzuları dinlənilib.

Şəhla
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930