Oxunub : 311 | Tarix : 28-12-2015, 12:23 | Bölmə: Gundem

Misirin tanınmış yazıçı  Vaqif Sultanlı haqda yazıb | MANERA.AZ
MANERA.AZ xəbər verir ki, Qahirədə nəşr olunan nüfuzlu “Ruzəl Yusif” qəzetində (15 dekabr 2015) Azərbaycan yazıçısı Vaqif Sultanlının “İnsan dənizi” romanı haqqında geniş məqalə dərc edilib.

“Azərbaycan ədəbiyyatından: “İnsan dənizi” adlanan məqalənin müəllifi Misirin tanınmış yazıçı və jurnalisti, həmçinin Azərbaycan və Orta Asiya haqqında bir çox araşdırmaların müəllifi Əhməd Əbdu Tarabidir.

Məqalədə bu ilin əvvəllərində Misirin Milli Tərcümə Mərkəzinin azərbaycanşünas alim Dr.Əhməd Sami El Aydinin tərcüməsində nəşr etdiyi yazıçı Vaqif Sultanlının bəhs olunan romanı əhatəli şəkildə təhlil olunmuş, əsərin mövzu, ideya-problem və bədii sənətkarlıq xüsusiyyətləri səciyyələndirilmişdir. Tədqiqatçı romanda müəllifin özgələşmə, tənhalıq, ölüm və s. kimi məsələlərin psixoloji müstəvidə məharətlə canlandırılmasına diqqəti çəkmişdir.

Məqalədə, eyni zamanda, Vaqif Sultanlının bioqrafiyası və yaradıcılığı, həmçinin tərcüməçi haqqında məlumat verilmişdir.

Misirin tanınmış yazıçı  Vaqif Sultanlı haqda yazıb | MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər