Oxunub : 432 | Tarix : 17-12-2015, 18:00 | Bölmə: Gundem

Qahirə Universitetinin professoru Yaradıcılıq fakültəsində
manera.az
AYF-dan MANERA.AZ-a verilən məlumata görə, bu gün Misir Mədəniyyət Mərkəzinin sədri və Qahirə Universitetinin professoru, dilçi Əbdürrəhman Şirazi Bakı Slavyan Universiteti Yaradıcılıq fakültəsinin qonağı olub.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı Qismət Rüstəmov qonaqları təqdim edib və onlara fakültə haqqında məlumat verib.
Qahirə Universitetinin professoru Yaradıcılıq fakültəsində
Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami tələbələri salamlayaraq bu görüşdən məmnunluq duyduğunu bildirib.

Yaradıcılıq fakültəsininin tələbələrini Misir Mədəniyyət Mərkəzinə dəvət edən Əhməd Sami, belə görüşlərin tez-tez keçirilməsinin vacibliyindən söz açıb.

Daha sonra professor Əbdürrəhman Şirazi fakültə tələbələrinə 18 dekabr “Ərəb dili günü” ilə əlaqədar olaraq ərəb dili və mədəniyyəti barədə məlumat verib, pyes janrı və onun ustadlarından Tofiq Həkimi haqqında geniş çıxış edib.

Tədbirin sonunda xatirə şəkilləri çəkdiririb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər