Oxunub : 233 | Tarix : 7-12-2015, 14:02 | Bölmə: Gundem

“Folklor və dövlətçilik” mövzusunda elmi konfrans keçirilib MANERA.AZ

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu “Folklor və dövlətçilik” mövzusunda birinci elmi konfrans keçirib.

Tanınmış alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin elmə, milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Dahi rəhbər Heydər Əliyevin və Prezident İlham Əliyevin elm sahəsi ilə bağlı imzaladıqları sənədlərin əhəmiyyətindən danışan akademik İ. Həbibbəyli Folklor İnstitutunda səmərəli tədqiqatlar aparıldığını qeyd edib, folklor və dövlətçilik ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov azərbaycançılıq ideologiyasının formalaşmasında müdrik rəhbər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs ediblər.

Alimlər vətənpərvərlik, qəhrəmanlıq duyğusunun təbliğində folklorumuzun mühüm rolunu qeyd edərək, bu sahənin daha dərindən araşdırılmasının və öyrənilməsinin vacibliyini xatırladıblar, eyni zamanda, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Konfransda “Türk dövlətçilik ənənəsi və idarəetmə ritualları”, “Türk dövlətçilik ənənəsində bayraqlar və bayraq qurbanı mərasimi”, “Azərbaycan milli mədəniyyət sistemində folklor və dövlətçilik”, “Türk xalqlarının mərasim folkloru və dövlətçilik” və digər mövzularda məruzələr dinlənilib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər