manera.az
manera.az

“Anamın Kitabı”nın qalibləri mükafatlandırılacaq MANERA.AZ

“Anamın Kitabı”nın qalibləri mükafatlandırılacaq MANERA.AZ

Dekabr ayının 17-i, saat 17:30-da Gənc Tamaşaçılar Teatrında “Anamın Kitabı” Ədəbi Mükafatanın 2015-ci il qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək. Mərasimdən sonra müsabiqənin keçən ilki qalibi Sevinc Elsevərin “Arzu və Murad” tamaşası nümayiş olunacaq.

Təşkilat Komitəsinin MANERA.AZverdiyi erilən məlumata görə, müsabiqənin qalibləri aşağıdakı kimidir:

I yer – verilməmişdir
II yer – 25 bal, Elnur Rzayev, “Qar gözlərkən”
III yer – 21 bal, Ülviyyə Mustafayeva, “Erməni lavaşı”
IV yer – 20 bal, Zaur Vedili, “Yurd itkisi”
Müsabiqənin Fəxri Fərmanı ilə təltif edilir:

1. Xəyalə Murad, 18 bal, “Qızıl heraldika” əsərinə görə
2. Dilman Şahmərdanlı, 17 bal, “Qarabağ savaşçısı – topçu İskəndər” əsərinə görə

Müsabiqənin Həvəsləndirici Mükafatı ilə təltif edilir:

1. Vüsal Məmmədzadə, 16 bal, “Oksigen balonu” əsərinə görə
2. Orxan İsmayıl, 14 bal, “Sevimli arvad” əsərinə görə
3. Nərgiz İsmayılova, 10 bal, “Mömünə Xatın” əsərinə görə

Qeyd edək ki, “Anamın Kitabı” Ədəbi Mükafatının pyes müsabiqəsi Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə Hədəf Nəşrlərinin təsisçiliyi ilə keçirilir. Layihənin ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, Müsabiqənin Münsiflər Heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031