BSU-da "Qanun" yarmarka keçirir...

Tarix:28-04-2015, 12:03 Baxış Sayı:411

Bu gün "Qanun" nəşriyyatı Bakı Slavyan Universtetində endirimli kitab yarmarkasına başlayıb.

"Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Manera.az-a açıqlamasında bildirib ki, biz yarmarka ilə bağlı Bsu-ya müraciət etdik və rəhbərlik şərait yaratdı. Hazırda yarmarkamız davam edir, tələbələr kitablarla maraqlanır. Xatırladım ki, 3 gün davam edəcək yarmarkada bütün kitablara 20% endirim olunacaq. Yarmarka bütün növbələrdə təhsil alan tələbələrə xidmət etmək məqsədi ilə saat 09-00-dan 18-00-a qədər davam edəcək. Burada Azərbaycan ədəbiyyatı ilə yanaşı, gənclər üçün maraqlı hesab olunan dünya ədəbiyyatının tanınmış imzalarının əsərləri də yer alıb.

Biz də Manera.az olaraq bütün kitabsevər gəncləri BSU-ya kitab yarmarkasına dəvət edirik.
BSU-da "Qanun" yarmarka keçirir...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ