Orxan Pamukun romanı Azərbaycan dilində - TƏRCÜMƏ | MANERA.AZ

Tarix:20-11-2015, 15:44 Baxış Sayı:306

Orxan Pamukun romanı Azərbaycan dilində - TƏRCÜMƏ | MANERA.AZ

MANERA.AZ xəbər verir ki, dünya şöhrətli yazıçı Orxan Pamukun “Beynimdə qəribəlik” romanı Azərbaycan dilinə tərcümə edilib.

Kitab "Qanun" nəşriyyatında çapdan çıxıb.

Yazıçı Nəriman Əbdülrəhmanlının tərcümə etdiyi bu roman həm sevgi hekayəti, həm də modern dastandır.

Orxan Pamukun üzərində altı il işlədiyi roman bozasatan Mövludla üç il sevgi məktubları yazdığı sevgilisinin İstanbuldakı həyatlarından danışır.

“Beynimdə qəribəlik” həm sevgi hekayəti, həm də modern dastandır.

Orxan Pamukun üzərində altı il işlədiyi roman bozasatan Mövludla üç il sevgi məktubları yazdığı sevgilisinin İstanbuldakı həyatlarından danışır.

Mövlud 1969-2012-ci illər arasında, qırx ildən artıq bir müddətdə İstanbul küçələrində qatıq, plov satmaq, avtodayanacaq gözətçisi olmaq kimi, bir çox işlərlə məşğul olur. Bir tərəfdən küçələrin cürbəcür adamlarla dolmasını, şəhərin böyük bir hissəsinin uçurulub yenidən tikilməsini, Anadoludan gəlib varlananları izləyir, digər tərəfdən ölkənin keçirdiyi dəyişikliklərin, siyasi çarpışmaların, çevrilişlərin şahidi olur. Onu başqalarından fərqləndirən cəhətdən, beynində qəribə fikirlər qaynaşdığından həmişə narahatlıq hissi keçirir. Amma qış axşamları boza satmaqdan və sevgilisinin, əslində, kim olduğu barədə fikirləşməkdən heç vaxt əl çəkmir.

Sevgidə insanın niyyəti, yoxsa qisməti vacibdi? Xoşbəxtliyimiz, və ya bədbəxtliyimiz seçimlərimizlə bağlıdır, yoxsa başımıza bizdən ixtiyarsız gəlirlər?

“Beynimdə qəribəlik” romanı bu suallara cavab axtara-axtara ailə həyatıyla şəhər həyatının mübarizəsini, qadınların evlərdəki hiddət və əlacsızlıqlarını təsvir edir.

MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ