“Akademiya simalarda” - YENİ NƏŞR | MANERA.AZ

Tarix:2-11-2015, 12:48 Baxış Sayı:366

“Akademiya simalarda” - YENİ NƏŞR | MANERA.AZ
Azərbaycan elminin görkəmli simaları

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi, müxbir və fəxri üzvlərinin tərcümeyi-halını əks etdirən “Akademiya simalarda” adlı kitab çapdan çıxıb.

Yeni nəşrdə 450-yə yaxın alimin tərcümeyi-halı oxuculara təqdim olunur. Eyni zamanda, kitabın ilk səhifələrində “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı öz əksini tapır.
“Akademiya simalarda” - YENİ NƏŞR | MANERA.AZ
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin kitaba yazdığı “Ön söz”də deyilir: “Bu kitabın hər səhifəsindən həyatını və ömrünü elmi yaradıcılığa sərf etmiş görkəmli bir alimin nurlu siması canlanır. Onlar qədim və zəngin elmi irsimizin möhkəm bünövrəsi üzərində ucalan elm məbədinin –AMEA-nın yaradılmasında və inkişafında əvəzsiz xidmətləri olmuş böyük alimlərdir. Bu alimlər həyat və fəaliyyətləri ilə gənc nəslə ən parlaq nümunə olmaqla bərabər, xalqımızın yaddaşında silinməz izlər buraxmış şəxsiyyətlərdir. İllər ötəcək, hər biri böyük bir xalq üçün örnək ola bilən bu alimlərin parlaq obrazı insanların yaddaşından silinməyəcək, xalqımızın qürur mənbəyi olaraq qalacaqdır”.

Kitab Akademiyanın “Elm” nəşriyyatında işıq üzü görüb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ