Oxunub : 1262 | Tarix : 26-10-2015, 10:58 | Bölmə: Gundem / usaq

Yeni dərs vəsaiti - “Azərbaycan uşaq ədəbiyyatı” | MANERA.AZ
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bilal Həsənlinin “Azərbaycan uşaq ədəbiyyatı” adlı dərs vəsaiti nəşr olunub.

Müəllifin MANERA.AZ-a bildirdiyinə görə, Azərbaycan uşaq ədəbiyyatının son nailiyyətləri nəzərə alınmaqla, kursun proqramına uyğun olaraq yazılmış dərs vəsaitində müəllifin Azərbaycan Müəllimlər İnstitutunda uzun illər ərzində apardığı elmi tədqiqatların və iş təcrübəsinin nəticələri öz əksini tapıb.

Yeni nəşrdə uşaq ədəbiyyatının nəzəri məsələləri, aparıcı nümayəndələrinin yaradıcılığı təhlil olunub.

Dərs vəsaiti pedaqoji ali məktəblərin filologiya, ibtidai təhsil və məktəbəqədər fakültələrinin müəllim və tələbələri üçün nəzərdə tutulub.

Şəhla
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər