“Pəncərə” təqdim olunub | MANERA.AZ

Tarix:17-10-2015, 10:25 Baxış Sayı:406

“Pəncərə” təqdim olunub | MANERA.AZ

Oktyabrın 16-da “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl Miniatür Kitab Muzeyində tanınmış yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadənin “İndiqo” mətbəəsində rus dilində çapdan çıxmış “Pəncərə” (“Okno”) miniatür kitabının təqdimatı olub.

“Pəncərə” miniatür nəşri 100 nüsxə tirajla buraxılıb. Ölçüsü 40x45 millimetr olan kitab 244 səhifədən ibarətdir.

Tədbirdə Muzeyin təsisçisi və yaradıcısı, respublika “Kitab” cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova bildirib ki, 30 ildən artıq müddətdə formalaşmış kolleksiyası bu gün də yeni bir nüsxə ilə zənginləşib. O deyib ki, 2002-ci il aprelin 23-də Beynəlxalq Kitab və Müəllif Hüquqları günündə açılışı olan muzey-kolleksiya dünyada ilk şəxsi Miniatür Kitab Muzeyi olaraq dünyanın 67 ölkəsində çap olunmuş kitablarla zəngindir. Kitab Muzeyinin 38 rəfində nümayiş olunan 5700 miniatür kitabın mövzu dairəsi və çeşidi müxtəlif və rəngarəngdir. 2913 kitabının “Ginnesin Rekordlar Kitabı”na salınması ilə bağlı ona “Guinness World Records” sertifikatının təqdim edilməsini bildirən Z.Salahova bunun onun dostlarının və özünün gərgin əməyi sayəsində mümkün olduğunu söyləyib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, telejurnalist Etibar Babayev, Əməkdar Jurnalist Elmira Əliyeva və başqaları Azərbaycan ədəbiyyatının 60-cılar nəslinin nümayəndəsi olan Natiq Rəsulzadə yaradıcılığının ilk gündən oxucular tərəfindən rəğbətlə qarşılandığını vurğulayıblar. Onun artıq tanınmış yazıçı-dramaturq kimi ölkəmizin hüdudlarından kənarda da tanındığı bildirilib. Ədibin portret janrında yazdığı bu fantastik əsərin 20 il bundan əvvəl oxucusu olduqlarını söyləyən natiqlər bu unikal əsərin əlbəttə ki, Z.Salahovanın diqqətini çəkməsinin təbii bir hal olduğunu deyiblər. Yazıçıya daha böyük yaradıcılıq uğurları arzulayan natiqlər bu kitabı bütünlükdə kitab mədəniyyətimizin uğuru kimi dəyərləndiriblər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ